Accessibility links

Bayden amerikalılar evakuasiya olunana qədər ABŞ hərbi qüvvələrinin Əfqanıstanda qalacağına söz verib


ABŞ Prezidenti Co Bayden yaranmış qarışıqlığa baxmayaraq, ölkədən çıxmaq qərarının arxasında dayandığını deyib və ölkəni tərk etmək istəyən bütün ABŞ vətəndaşları təxliyə olunana qədər hərbi qüvvələrin Əfqanıstanda qalacağına söz verib.

"Bunun öhdəsindən geriyə baxıb oradan oradan qarışıqlıq olmadan çıxmağın bir yolu olduğunu görə bilməyimizi düşünmürəm. Bunun necə baş verə bilməsinin mümkün olduğunu bilmirəm" - deyə, Bayden ABC News kanalının müxbiri Corc Stefanopolusa verdiyi müsahibədə bildirib.

Prezident ABŞ təyyarəsindən asılan əfqanların düşməsi səhnələri ilə bağlı sualları "bir neçə gün əvvəl" baş vermiş hadisə kimi cavabsız qoyub.

Prezident hazırda hava limanının ABŞ hərbi qüvvələrinin nəzarətində olduğunu və həm həm amerikalılar, həm də əfqanlar daxil olmaqla, avqustun 31-nə qədər minlərlə insanın evakuasiya etməyə çalışdığını vurğulayıb.

ABŞ-ın avqustun 31-nə qədər evakuasiyanı başa çatdıra bilməyəcəyi təqdirdə qoşunların orada qalıb-qalmayacağı sualına Bayden belə cavab verib: "Bunu edə bilməsək, kimin qaldığını müəyyən edəcəyik və Amerika vətəndaşları qalıbsa, onları çıxarana qədər qalacağıq".

Onun risk qarşısında olan əfqanların və Xüsusi İmmiqrant Vizasına (SIV) müraciət edənlər barədə cavab verməməsi hələ də evakuasiya edilməyən minlərlə insan və onları ölkədən çıxarmağa çalışan Amerika müttəfiqlərinin narahatlığına səbəb ola bilər.

Pentaqon rəsmiləri cümə axşamı bildiriblər ki, son günlər ABŞ ordusu 7000 nəfəri, iyulun sonundan bəri isə 12 min insanı evakuasiya edib.

Əfqanların və Amerika vətəndaşlarının Talibanın nəzarət-buraxılış məntəqələri səbəbindən aeroporta getməkdə çətinlik çəkdikləri barədə xəbərlər narahatlıqları artırıb. ABŞ nsanların yoxlama məntəqələrindən keçirilməsi üçün yerli Taliban komandirləri ilə əlaqə qurmaqda davam edir.

"Bu, qiymətləndirimə və onların və bizim bu şəxslərin keçmək üçün doğru insanlar olduğunu sübut edə bilməyimizdən asılıdır. Bu səhər bu prosesin işlədiyini göstərən əlamətlər var", Pentaqonun sözçüsü Con Kerbi cümə axşamı jurnalistlərə bildirib.

Taliban döyüşküləri Kabildə keşik çəkir
Taliban döyüşküləri Kabildə keşik çəkir

Dövlət Departamenti Pentaqonun rəqəmlərini təkrarlayıb. Departamentin sözçüsü Ned Prays cümə axşamı jurnalistlərə 6000 insanın "yoxlanışdan tam keçdiyini" və tezliklə Əfqanıstandan uçacaq təyyarələrə minəcəyini bildirib.

Prays cümə axşamı verdiyi açıqlamada ABŞ Dövlət Katibi Entoni Blinkenin NATO-nun Baş katibi Yens Stoltenberqlə müttəfiq qüvvələrin və əfqan tərəfdaşlarının Əfqanıstandan təhlükəsiz şəkildə çıxarılması səyləri ilə bağlı müzakirələr apardığını da qeyd edib.

ABŞ-ın müdafiə naziri Lloyd Austin çərşənbə günü Pentaqonda jurnalistlərə verdiyi açıqlamasında ABŞ ordusunun diqqəti Kabilin hava limanını qorumağa yönəltməyə davam edəcəyini deyib.

Ağ Ev prezidentin Əfqanıstanda təhlükəsizlik, diplomatik və kəşfiyyat məlumatlarını müzakirə etmək üçün cümə axşamı milli təhlükəsizlik komandası ilə görüşdüyünü bildirib.

XS
SM
MD
LG