Accessibility links

Bayden Əfqanıstandan hərbi qüvvələrin çıxarılması qərarının arxasında dayanır


ABŞ prezidenti Co Bayden Taliban qüvvələrinin ölkəyə nəzarəti tamamilə ələ keçirməsindən bəri ilk açıqlamasında Birləşmiş Ştatların hərbi qüvvələrinin Əfqanıstandan çıxarılması ilə bağlı qərarını "qətiyyətlə" müdafiə edib.

Bazar ertəsi Ağ Evdən milli televiziya ilə yayımlanan müraciətində Bayden ABŞ-ın Əfqanıstandakı missiyasının "heç vaxt dövlət quruculuğu məqsədi daşımadığını" bildirib və ABŞ hərbi qüvvələrinin ölkəyə gəlməsinə səbəb olan terror təhlükəsinin Əfqanıstanın hüdudlarından kənarda digər ölkələrə yayıldığını deyib.

O, Talibanın Əfqanıstanda qazandığı qələbələrin "gözlədiyimizdən daha sürətli" baş verdiyini etiraf edib.

Kabil aeroportu
Kabil aeroportu

Bununla belə, Bayden bildirib ki, Əfqanıstan qüvvələrinin bunu etmək istəmədiyi halda ABŞ Ştatların hərbi qüvvələrinə bundan sonra hərbi əməliyyatlarda iştirak etmək əmri vermək səhv olardı.

O, "keçən həftənin hadisələrinin" onun Əfqanıstandan qoşunları çıxarmaq qərarını gücləndirdiyini deyib.

Bayden Kamp Deviddən Ağ Evə Əfqanıstan prezidenti Əşrəf QanininTaliban döyüşçülərinin paytaxt Kabilə çatdığı gün Əfqanıstanı tərk etməsindən bir gün sonra qayıdıb.

Bayden ABŞ hərbi qüvvələrinin bütünlüklə avqustun 31-nə qədər ölkədən çıxarılması qərarını davamlı şəkildə müdafiə edib.

ABŞ Kabildə Həmid Kərzai hava limanına nəzarəti əlində saxlayır, lakin minlərlə adam ölkəni tərk etməyə çalışdıqca aeroportda xaos yaranıb.

ABŞ-ın yüksək rütbəli hərbi rəsmiləri bazar ertəsi səhər saatlarında hava limanında baş verən xaos zamanı Amerika hərbi nəqliyyat təyyarəsindən düşənlər də daxil olmaqla, yeddi nəfərin öldüyünü bildirib.

Taliban qüvvələrinin inanılmaz sürətlə hakimiyyəti ələ keçirməsindən sonra qaçmağa çalışan minlərlə əfqan paytaxtın hava limanının təyyarə zolağına axışıb.

Taliban döyüşçüləri Kabilin Beynəlxalq Aeroportu yaxınlığında
Taliban döyüşçüləri Kabilin Beynəlxalq Aeroportu yaxınlığında

Bayden administrasiyası hərbi qüvvələrin Əfqanıstandan çıxarılması qərarını müdafiə etsə də, administrasiya rəsmiləri ölkənin sürətlə Talibanın nəzarətinə keçməsi ilə bağlı təəccüblərini ifadə edib.

"Şəhərlərin belə sürətlə çökməsinin hər kəsin gözlədiyindən daha tez olduğuna şübhə yoxdur" - deyə, Milli Təhlükəsizlik müşaviriCeyk Sallivan NBC tele kanalına verdiyi açıqlamada bildirib.

Əfqanıstan hökumətinin sürətlə çökməsi və sonrakı xaos Baydenin baş komandan olaraq qarşılaşdığı ən ciddi sınaqlardan biri hesab edilir. Bir neçə respublikaçı qanunverici Əfqanıstanda yaranmış vəziyyətə görə administrasiyanı kəskin tənqid edib.

XS
SM
MD
LG