Accessibility links

Bayden ərzaq və maliyyə təhlükəsizliyi ilə bağlı sərəncamlar imzalayıb


ABŞ Prezidenti Co Bayden
ABŞ Prezidenti Co Bayden

ABŞ Prezidenti Co Bayden cümə günü koronavirus pandemiyasının təsirinə məruz qalan ailələri maddi yardımla təmin etmək və federal işçilərə yardım etmək məqsədilə iki sərəncam imzalayıb.

Bu sərəncamlar ərzaq yardımını artıracaq, işaxtaranların işsizlik maaşlarını qoruyacaq və federal işçilər və podratçılarının 15 dollarlıq minimum əmək haqqı almaları üçün zəmin hazırlayacaq.

“Biz indi hərəkətə keçməliyik,” Bayden sərəncamları imzalamadan öncə Ağ Evdə söyləyib.

O deyib ki, maaşları azalan amerikalılar “güclə dolanırlar” və “biz insanların ac qalmalarına imkan verə bilmərik, verməyəcəyik.”

Pandemiya səbəbilə işsiz qalan insanların çoxu ərzaq yardımı üçün müraciət edib.

Bayden koronavirusun təsirindən əziyyət çəkən insanlara yardım etmək üçün Konqresə 1.9 trilyon dollarlıq yardım paketini təqdim edib, lakin bu yardım paketinin təsdiq olunması üçün kifayət qədər səs toplayıb-toplamayacağı bəlli deyil. Konqres dekabr ayında 900 milyard dollarlıq yardım paketini təsdiq edib və bəzi Respublikaçı qanunvericilər əlavə yardım paketinə ehtiyacın olub-olmadığını sual ediblər.

Bundan öncə cümə günü Milli İqtisadi Şuranın direktoru Brayan Dis Ağ Ev mətbuat brifinqində “Bizim iqtisadiyyatımız çox təhlükəli zamandan keçir” deyib.

“Əgər indi hərəkətə keçməsək, daha pis vəziyyətdə olacağıq və iqtisadi dəlikdən çıxmaq üçün daha çox iş görməli olacağıq,” o deyib.

Dis bildirib ki, cümə günü imzalanan sərəncamlardan birində ABŞ Kənd Təsərrüfatı Departamentinə uşaqlarının məktəbdə verilən nahardan asılı olan ailələrə yardımı artırmaqla bağlı göstəriş verilib. Bu uşaqların çoxu indi pandemiya səbəbilə məktə getmir və onlayn tədrisdə iştirak edir.

Dis bildirib ki, sərəncamda Əlavə Qidalanma Yardım Proqramı çərçivəsində ölkə boyu 12 milyondan çox insane yardımı 15-20 fazi artırmaq göstərişi verilib. Bayden administrasiyasının rəsmiləri deyir ki, bu dəyişiklik üç uşaqlı bir ailənin hər iki ayda bir əlavə 100 dollarlıq yardım almalarına gətirib çıxara bilər.

Sərəncam insanların sağlamlıqlarını riskə atan iş təklifini rədd etdikləri zaman, işsizlik maaşını itirməmələrini təmin edir.

Baydenin imzaladığı ikinci sərəncam Tramp administrasiyasının ləğv etdiyi həmkarlar ittifaqlarının bazarlıq hüquqlarını bərpa edəcək, dövlət qulluğu sistemini qoruyacaq və bütün federal işçilər və podratçılar üçün 15 dollar minimum əmək haqqını təbliğ edəcək.

XS
SM
MD
LG