ABŞ prezidenti Co Bayden cümə axşamı televiziya ilə xalqa müraciəti zamanı ölkənin 50 ştatı və bölgələri eləcə də qəbilə icmalarına may ayının 1-nə qədər bütün yetkin amerikalıların peyvəndlər əldə etməsinə imkan yaratmasına göstəriş verib.
Bayden ilk praym taym çıxışı zamanı bildirib ki, "Bu gözləniləndən olduqca tez" olub. "Lakin bu o demək deyil ki, hər kəsə dərhal peyvənd vurulacaq. Bu, mayın 1-dən etibarən hər kəsin vaksin üçün növbəyə dura biləcəyi deməkdir" deyə Bayden vurğulayıb.
Prezidentin çıxışından əvvəl administrasiyanın bir yüksək səviyyəli rəsmisi bildirib ki, may ayının sonuna qədər ölkədə bütün yetkin yaşdakı insanlar üçün kifayət qədər peyvəndin tədarük olması gözlənilir.
COVID-19 pandemiyasın ABŞ-da yayılmağa başlamasının 1 illiyini qeyd etmək üçün çıxış edən Bayden daha bir hədəf də elan edib. Belə ki, əsas məqsədin amerikalıların 4 İyul Müstəqillik Gününü məhdud yığıncaqlarda qeyd edə bilməsi olduğunu bildirib.
"4 iyulda ailəniz, dostlarınızla həyətlərdə, evinizin bağçasında toplanıb manqal ətrafında Müstəqillik Gününü qeyd etmək ehtimalı var" deyə o bildirib.
"Lakin bu, çoxlu sayda insanın bir araya gəlib böyük tədbir keçirməsi demək deyil. Bu, kiçik qruplarda toplaşıb bu dəfəki müstəqillik gününü həqiqətən xüsusi bir tədbirə çevirirək uzun və çətin bir ildən sonra təkcə müstəqilliymizi bir millət olaraq qeyd etmək deyil, həmçinin virusdan da qurtulmağımızı qeyd etməyə başlaya biləcəyimiz tarixidir" deyə Bayden çıxışında bildirib.
Prezidentin vəzifəyə başlamasının 50-ci günü münasibəti ilə xalqa müraciətindən əvvəl administrasiya bildirib ki, peyvəndlənmə səylərini artırmaq üçün qoşun birləşməlirinin daha 4000 üzvü bu xidmətə cəlb edilib. Beləliklə də indi 6000 nəfər hərbçi peyvəndlənmə prossesində işləyir.
Rəsmilər həmçinin bildirir ki, stomatoloqlar, tibb işçiləri, həkim köməkçiləri və eləcə də baytarlar, tibb və səhiyyə tələbələrinin də peyvənd vurmasına icazə veriləcək.