Accessibility links

Bayden ABŞ-ın pandemiya ilə mübarizədə "doğru yolda" irəlilədiyini bildirir


ABŞ prezidenti Co Bayden cümə axşamı ölkənin koronavirus pandemiyası ilə mübarizədə "doğru yolda" olduğunu bildirib. O həmçinin özünün və böyük korporasiyaların tətbiq etdiyi icbari peyvənd tələbini də müdafiə edib.

Bayden Ağ Evdən bildirib ki, hazırda 66 milyon amerikalı peyvənd vurdurmayıb. Bu rəqəm iyul ayında 100 milyon olub.

"Doğru istiqamətə irəliləyirik" deyən Bayden bildirib ki, "Lakin indi bunun aşağı düşməsinə imkan verə bilmərik. Xahiş edirəm vaksin vurdurun. Yalnız bu formada pandemiyanı geridə qoya bilərik".

Hazırda ABŞ-da ölüm və xəstaxanaya yerləşdirimlə hallarında azalma müşahidə edilir. Ötən həftə gündəlik yoluxmaların sayı 86 min ətrafında olub. Bu rəqəm ondan əvvəlki həftəyə nisbətən 15 min daha azdır.

Cons Hopkins Universiteti bildirir ki, gündəlik ölüm hallarının sayının 1500 olmasına baxmayaraq, bu əvvəlki COVID-19 dalğasına nibətən 200 nəfər daha azdır.

Baydenin rəqibi olan bir çox konservativ Respublikaçı, eləcə də Texas qubernatoru Qreq Abbot və Florida qubernatoru Ron DeSantis prezidentin icbari peyvəndlənmə qərarına qarşı çıxaraq, bunun insanların sağlamlıq qərarları vermək hüquqlarına zidd olduğunu deyir.

Lakin Bayden bidirir ki, "Artan məlumatlar göstərir ki, icbari vaksinasiya işə yarayır". "Gəlin aydınlaşdıraq, icbari vaksinasiya bizi böləcək bir məsələ olmamalıdır".

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi xəbər verir ki, 322 milyon amerikalıdan 188 milyonu peyvəndin hər iki dozasını vurdurub. Əlavə olaraq isə 9 milyon insan gücləndirici doza qəbul edib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG