Accessibility links

Bayden ABŞ-ın yeni COVID-19-la yeni mübarizə səylərini açıqlayacağı gözlənilir


ABŞ Prezidenti Co Baydenin cümə axşamı ölkənin yeni COVID-19-la mübarizə səylərini açıqlayacağı gözlənilir. Bunlara əsasən beynəlxalq səyahətçilər üçün daha sərt koronavirus testi tələbləri, təyyarələrdə, qatarlarda və avtobuslarda səyahət edənlər üçün maska tələblərinin uzadılması, milyonlarla doza COVID-19 peyvəndinin qarşıdakı aylarda digər ölkələrə göndərilməsi daxildir.

Baydenin xalqa müraciətindən bir gün əvvəl ABŞ-da koronavirusun omikron variantına ilk yoluxma halı aşkar edilib.

Ağ Evin prezidentin çıxışından əvvəl yayımladığı məlumatda bildirilir ki, Baydenin xarici və yerli vətəndaşlardan ABŞ-a daxil olduğu zaman mənfi test nəticəsini təqdim etməsini tələb edən qaydalar açıqlayacağı gözlənilir.

İctimai nəqliyyatda və hava limanlarında maska taxmaq tələbinin müddəti yanvarın 18-də başa çatmalı olduğu halda bunun mart ayına qədər uzadılması gözlənilir.

Administrasiyanın planlarına həmçinin özəl tibbi sığorta vasitəsi ilə evdə COVID-19 tesi keçmək üçün istehsal olunan dəstlərin pulsuz elan edilməsidir.

ABŞ-ın yoluxucu xəstəliklər üzrə mütəxəssisi və Baydenin baş tibbi müşaviri doktor Antoni Fauçi çərşənbə günü Ağ Evdə jurnalistlərə omikron variantı haqqında danışarkən insanların peyvənd edilməsinin, o cümlədən gücləndirici dozaların vurulmasının vacibliyini vurğulayıb.

O bildirib ki, hazırda ölkədə 60 milyon insan hələ də peyvənd olunmayıb.

ABŞ-ın səhiyyə rəsmiləri çərşənbə günü bildiriblər ki, ABŞ-da koronavirusun omikron variantına ilk yoluxma halı ölkənin qərb ştatı olan Kaliforniyada qeydə alınıb.

Fauçi jurnalistlərə bildirib ki, yoluxmuş şəxs noyabrın 22-də Cənubi Afrika səfərindən ABŞ-a qayıdıb və bazar ertəsi verdiyi testin nəticəsi müsbət çıxıb. O həmçinin bildirib ki, virusa yoluxmuş şəxsin yüngül simptomları olub və özünü təcridə alıb. Fauçi yoluxmuş şəxsin tam peyvənd olunduğunu, lakin hələ gücləndirici doza vurdurmadığını bildirib.

Beləliklə də ABŞ omikron variantının aşkar edildiyi 24 ölkə siyahısına qoşulub.

XS
SM
MD
LG