Accessibility links

Bayden: ABŞ Belarus xalqının demokratiya istəyini dəstəkləyir


Prezident Co Bayden çərşənbə günü Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanı Ağ Evdə qəbul edib.

“Bu gün səhər Ağ Evdə xanım Tixanovskaya ilə görüşmək mənim üçün şərəf idi. Amerika Birləşmiş Ştatları Belarus xalqının demokratiya və ümumdünya insan haqlarına hörmət arzusunu dəstəkləyir” – deyə, Bayden görüşdən sonra Twitter səhifəsində yazıb.

Tixanovskayanın sözlərinə görə, təxminən on beş dəqiqə davam edən görüş çox səmimi keçib.

"Mən Belarusda baş verənlərə laqeyd olmayan bir insan gördüm" – deyə, o qeyd edib.

"Mən Prezidentə mesajlarımızı çatdırdım ki, Belarusda mübarizə geosiyasi deyil: bu, zorakılığa, qanunsuzluğa qarşı apardığımız mübarizədir" – deyə, Tixanovskaya qeyd edib.

Belarus müxalifətinin lideri on gündür ABŞ-da səfərdədir. Vaşinqtonda olduğu müddətdə onunla dövlət katibi Antoni Blinken, dövlət katibinin müavini Viktoriya Nuland və milli təhlükəsizlik müşaviri Ceyk Sallivan da daxil olmaqla administrasiyanın yüksək səviyyəli rəsmiləri görüşüb. Bundan əlavə, Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri Bob Menendez də daxil olmaqla Amerika qanunvericiləri də Tixanovskaya ilə görüşüblər.

Bu yaxınlarda Konqresdə Belarus demokratik hərəkatını dəstəkləmək üçün “Belarusun dostları” adlı komitə yaradılıb.

Vaşinqton və Nyu Yorkda olduğu müddətdə Svetlana Tixanovskaya Belarus diasporası ilə görüşüb.

Tixanovskaya ABŞ-ın Belarus müxalifəti ilə rəsmi Minsk arasında mümkün danışıqlarda vasitəçi rolunu oynamasının tərəfdarıdır.

Səfər zamanı Belarus müxalifətinin lideri ABŞ-ı Aleksander Lukaşenko rejiminə təzyiqləri artırmağa çağırıb. O, jurnalistlərlə söhbət edərkən, ABŞ rəhbərliyinə müxalifətin sanksiya siyahısına daxil edilməsini zəruri hesab etdiyi Belarus müəssisələrinin siyahısını təqdim etdiyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG