Accessibility links

Bayden ABŞ-da silahlı zorakılıqların qarşısının alınmasına çalışır


Bayden ABŞ-da silahlı zorakılıqların qarşısının alınmasına çalışır
please wait

No media source currently available

0:00 0:03:44 0:00

Prezident Bayden fəalların təzyiqləri altında son zamanlar baş vermiş silahlı insidentlərdən sonra silahlı zorakılıqların qarşısının alınmasına yönəlmiş bir sıra sərəncam imzalayıb. Lakin silahlara nəzarətlə bağlı qanun layihəsinin hazırda bölünmüş ABŞ Konqresində qəbul edilməsi perspektivləri zəif görünür.

Keçən həftə Kaliforniyada 9 yaşlı oğlan da daxil olmaqla, dörd nəfərin ölümülə nəticələnmiş atışma kimi odlu silahdan istifadə edilən insidentlərdən sonra prezident Bayden cümə axşamı bir sıra sərəncamlar vasitəsilə problemi ünvanlamağa çalışıb. Buraya seriya nömrələri olmayan, ev istehsalı olan “kabus silahları” adlanan odlu silahların yayılmasının qarşısının alınmasına yönəlmiş tədbirlər də daxildir.

“Cinayətkardan tutmuş terrorçuya qədər hər kəs bu komplekti alıb, 30 dəqiqə ərzində silah yığa bilər. Mən bu dəstlərin Odlu Silahlara Nəzarət' dair qanuna görə odlu silah kimi qəbul edilməsini istəyirəm”, prezident Bayden bildirib.

Daha bir təşəbbüs keçən ay Koloradoda 10 nəfərin ölümü ilə nəticələnmiş atışma zamanı olduğu kimi odlu silahların dəqiqliyini artıran silah aksessuarının tənzimlənməsinə aiddir. Odlu silahlara nəzarətlə bağlı əvvəlki icra tədbirlərinə Tramp administrasiyası dövründə tüfəngdən atəşin sürətini artıran cihazın qadağan edilməsi daxildir.

Baydenin təşəbbüsləri əhəmiyyətli olsa da, qanun yalnız Konqres tərəfindən qəbul edə bilər. Demokratların nəzarətində olan Nümayəndələr Palatası bu yaxınlarda anket məlumatları ilə bağlı yoxlamaları genişləndirmək və boşluqları aradan qaldırmaq üçün bir sıra tədbirlər qəbul edib, lakin Senatda Respublikaçılar tərəfindən dəstək azdır.

“Məni işə yaramayan bir şey cəlb etmir. Respublikaçılar və Demokratlar arasında silah zorakılığına qarşı mübarizə ilə bağlı dair dərin fəlsəfi fərqlər var”, Senatda azlıqda olan Respublikaçıların lideri Mitç Makkonnell bildirib.

1994-cü il hücum silahının qadağan olunmasına dair federal qanunun 2004-cü ildə müddətinin bitməsindən sonra silah nəzarəti ilə bağlı heç bir ciddi qanun qəbul edilməyib. Həmin qanunun müddəti Respublikaçılar və güclü silah lobbisi tərəfindən etirazlara uzadılmadı.

“Böyük və səpələnmiş bir qrup var. Onlar deyir ki, `bəli, biz silahların daha çox tənzimlənməsini istərdik, amma bu bizim üçün yeganə problem olmayacaq.` Eyni zamanda, silahlara hər hansı nəzarətin qəti şəkildə əleyhinə olan qruplar da var və onların çoxu üçün bir məsələ var – biz silahlara daha sərt nəzarətə səs verən heç bir siyasətçini dəstəkləyə bilmərik. Beləliklə, əvvəllər bu fərqlər böyük bir amil idi. Fikrimcə, son illər bu fərq azalmaqdadır” - deyə, Dyuk Universitetində silah eksperti Ceykob Çarlz bildirib.

Bayden odlu silahlara nəzarət edən böyük bir qrupun məsləhətçisi olan Devid Çipmanı alkoqollu içkilər, tütün, odlu silahlar və partlayıcı maddələrə nəzarət idarəsinin rəhbəri vəzifəsinə nominasiya edib.

Bayden silah hüquqları müdafiəçilərinin onun sərəncamlarının silaha sahib olmaq hüququnu qoruyan İkinci Dəyişikliyi pozduğuna dair iddialarını rədd edib.

“Lap əvvəldən siz sahib olmaq istədiyiniz hər bir silaha sahib ola bilmirdiniz. İkinci Dəyişiklik mövcud olduğu vaxtdan bəzi insanların silaha malik olmasına icazə verilmirdi. Buna görə də tövsiyə etdiyimiz bəzi şeylərin Konstitusiyaya zidd olduğu haqda fikir sadəcə qəribədir”, prezident Bayden bildirib.

Bayden baş prokuror Merrik Qarlanda ştatlara məhkəmələrin özləri və başqalarına zərər verə biləcək insanların silahlarını müvvəqqəti almasına imkan verən qanunu təqdim etmək haqda göstəriş verib.

Ədliyyə Nazirliyi həmçinin odlu silahların qeyri-qanuni dövriyyəsi ilə bağlı bir araşdırma hazırlayır və icma ilə əlaqələr və zorakılığa qarşı digər strategiyalar üçün 1 milyard dollardan çox qrant ayırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG