Accessibility links

Bayden ABŞ hərbi qüvvələrini Əfqanıstandan 11 sentyabr tarixinə qədər çıxarmaq istəyir


ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisinin bildirdiyinə görə, Birləşmiş Ştatların Əfqanıstandakı bütün hərbi qüvvələri 11 sentyabr - Dünya Ticarət Mərkəzi və Pentaqona edilən terror hücumlarının 20-ci ildönümünə qədər ölkədən çıxarılacaq.

Prezident Co Bayden “qətiyyətlə qərar verib və qlobal təhlükələrin mənzərəsini 20 il əvvəl deyil, bu gün olduğu kimi görə bilmək üçün sabah Amerikanın maraqlarını irəlilətmək üçün ən yaxşı yolun 20 ildən sonra Əfqanıstandakı müharibəni dayandırmaq olduğunu elan edəcək” - deyə, rəsmi nümayəndə bildirib.

Türkiyə hökuməti çərşənbə axşamı 24 aprel tarixindən Əfqanıstanın döyüşən tərəfləri arasında 10 günlük sülh konfransına ev sahibliyi edəcəyini açıqlayıb. Bu gözlənilməz açıqlama bir gün əvvəl Talibanın nümayəndəsinin qrupun əvvəlcədən planlaşdırılan və həftənin sonuna yaxın keçirilməsi nəzərdə tutulan sülh konfransına qatılmayacağını söyləməsindən sonra verilib.

“Konfrans müzakirə aparan tərəfləri Əfqanıstanın gələcəyi ilə bağlı razılaşdırılmış yanaşmanı, gələcək siyasi həll yolunu və münaqişəyə son qoyulmasını göstərən yol xəritəsini əks etdirən bir sıra ortaq təməl prinsiplərə çatmaqda kömək edəcək” - deyə, Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilir.

Ancaq bu qərara əsasən, Vaşinqtonun Taliban ilə ötən il əldə etdiyi anlaşmaya görə ABŞ-ın 3 mindən ibarət əsgəri qüvvəsinin Əfqanıstanda 1 may tarixindən sonrakı müddətdən artıq qalması nəzərdə tutulur.

“Biz çoxdan bilirdik ki, hərbi güclə Əfqanıstanın daxili siyasi problemləri həll edilməyəcək, Əfqanıstanda daxili qarşıdurmaya son qoyulmayacaq. Beləliklə, səylərimizi davam edən sülh prosesinin diplomatik dəstəklənməsinə yönəltdiyimiz zaman hərbi əməliyyatlarımızı bitiririk” - deyə, ABŞ rəsmisi qeyd edib.

Baydenin ABŞ hərbi qüvvələrinin Əfqanıstandan çıxarılması haqda qərarı ilə bağlı xəbərlər Birləşmiş Ştatlar kəşfiyyatının pessimist hesabatının açıqlandığı vaxta təsadüf edir. Hesabatında gələn il sülh razılaşmasının mümkün ola bilməyəcəyi və Əfqanıstanın demokratik yolla seçilmiş hökumətinin düşməni olan Talibanın döyüş meydanında üstünlük əldə edəcəyi proqnozlaşdırılır.

XS
SM
MD
LG