Accessibility links

Bayden Olimpiya idmançılarını cəsarətinə görə alqışlayıb


ABŞ Prezidenti Co Bayden
ABŞ Prezidenti Co Bayden

Prezident Co Bayden və birinci xanım Cill Bayden ABŞ Olimpiya idmançılarını Ağ Evə dəvət etdikdən bir gün sonra, onları Tokio Yay Olimpiya Oyunlarında təzyiq altında cəsarət göstərdikləri və ölkəni birləşdirdikləri üçün alqışlayıb.

ABŞ-ın indiyə qədərki ikinci ən güclü Olimpiya komandası 613 idmançı ilə ən az 110 medal qazanıb, bu da ölkələr arasındakı ən yüksək göstəricidir.

"Bu, yalnız idman qabiliyyətiniz deyildi; bu, mənəvi cəsarətiniz idi ... bizə nə qədər möhtəşəm bir ölkə olduğumuzu xatırladırsınız və bizi bir ölkə kimi gözəl təmsil edirsiniz", deyə Bayden şənbə günü idmançılarla və ailə üzvləri ilə video zəng zamanı bildirib.

Bayden psixi sağlamlıq problemlərini əsas gətirərək fərdi və komanda yarışlardan uzaqlaşan, lakin gimnastika tiri üzərində yarışlarda bürünc medal qazanan amerikalı gimnast Simon Bayls kimi idmançılar haqda yüksək fikir söyləyib.

"İnsanlar olaraq bizim kim olduğumuza dair hər şeyi göstərdiniz" deyən Bayden, onu nümunə göstərdiyi və təslim olmadığı üçün tərifləyib.

O, eyni zamanda 800 metrlik qaçışda ilk ikilikdə birinci yerə namizəd ikən botsvanalı Nijel Amos tərəfindən səhvən çaşdırılan Isaah Ceveti də qeyd edib. Cevet peşəkar idmançılığını nümayiş etdirərək, Amosa ayağa qalxmağa kömək edib və onların hər ikisi yarışı birlikdə başa vura bilib.

ABŞ -ı təmsil etmək və ABŞ idmançılarını dəstəkləmək üçün Tokioya gedən birinci xanım Cill Bayden Amerikanın sevinc hisslərinə ehtiyacı olduğunu və tədbirin böyük sevinc gətirdiyini söyləyib.

"Oyunlardakı bütün idmançılar amerikalıları bir araya və bizə yenidən sevinc gətirdi və bunun üçün sizə təşəkkür edirəm", o deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG