Accessibility links

Bayden ABŞ qüvvələrinin Əfqanıstandan çıxarılması qərarını müdafiə edib


Bayden ABŞ qüvvələrinin Əfqanıstandan çıxarılması qərarını müdafiə edib
please wait

No media source currently available

0:00 0:03:25 0:00

Talibanın Əfqanıstanda üstünlük əldə etdiyi zaman ABŞ prezidenti Co Bayden hərbi qüvvələrin ölkədən çıxarılmasını əsaslandırdı. Birləşmiş Ştatlar hərbi qüvvələri avqust ayının sonuna qədər Əfqanıstandan bütünlüklə çıxarmağa hazırlaşaraq, iyirmi ildən artıqdır davam edən müharibəyə son qoyur.

Əfqanıstan qüvvələri Badgis vilayətinin paytaxtında Talibanın şəhərə hücum etməsindən sonra ABŞ hərbi qüvvələrinin çıxarılmağa başlamasından bəri ən cəsarətli hücum əməliyyatı həyata keçirib.

Keçən həftə minlərlə Amerika əsgəri ABŞ-ın 2001-ci ildə başladığı hərbi əməliyyatlarına son qoyaraq, Bagram hava limanını tərk etdi.

ABŞ prezidenti Co Bayden: “20 ildən sonra Əfqanıstanın yüz minlərlə Milli Təhlükəsizlik və Müdafiə Qüvvələrinin təlimi və təchizatına trilyon dolların xərclənməsi, 2448 amerikalının öldürülməsi, 20,722 nəfərin yaralanmas və psixoloji travma ilə minlərlə insanın evə qayıtmasından sonra mən amerikalıların başqa bir nəslini fərqli bir nəticə gözlənilmədən Əfqanıstanda müharibəyə göndərməyəcəm.”

ABŞ rəsmiləri qüvvələrin çıxarılmasının avqust ayının sonuna qədər tamamlanacağını bildirib. Bayden Birləşmiş Ştatların 2001-ci il 11 sentyabrda ABŞ-a hücum edən Əl-Qaidə qrupu tərəfindən təhdidi aradan qaldırmağa nail olduğu haqda nəticə çıxararaq, qərarı aprel ayında verib.

Lakin Talibanın əsas şəhərlərə hücumları artması ilə bir çoxları Əfqanıstan hökumətinin çökə bilməsi ehtimalı ilə bağlı narahatlıq ifadə edir.

Mark Ceykobson, Maksvell Xarici Siyasət Məktəbində ekspert: “Düşünürəm ki, Əfqanıstan ordusu bəzi insanların təsvir etdiyi qədər pis deyil. Lakin eyni zamanda, mən onların Talibanın Əfqanıstan üçün tamamilə bir faciə olacaq genişmiqyaslı vətəndaş müharibəsi başlamasına mane olacaq gücə sahib olduqlarına da əmin deyiləm.”

Bayden ABŞ-ın Əfqanıstan ordusunu dəstəkləməyə, humanitar yardım göstərməyə və qadın hüquqlarının qorunmasına kömək etməyə davam edəcəyini deyib.

Lakin o, Əfqanıstan rəhbərliyinin bir araya gəlməsinin vacibliyini vurğulayıb.

“Biz Əfqanıstana ölkəni qurmaq üçün getmədik. Gələcəyi və ölkəni necə idarə etmək istədikləri haqda qərar vermək Əfqan xalqının öz hüququ və məsuliyyətidir.”

ABŞ-ın təxminən 600 əsgəri qüvvəsi hava limanı və Kabildəki Amerika səfirliyini qorumaq üçün ölkədə qalacaq.

Təhlilçilər ABŞ-ın Əfqanıstan hökumətinin çökməsinin qarşısını almaq üçün başqa addımlar ata biləcəyini bildirir.

Brukinqs institutunda xarici siyasət eksperti Maykl O`Hanlon: “Əgər Əfqanıstan Hərbi Hava Qüvvələrinin işini davam etdirməsi üçün ölkənin təhlükəsiz hissələri və ya yaxın yerlərə Qərb kontraktorlarını cəlb etmək üçün bir yol tapa bilsək, Əfqanıstan ordusuna dəstək üçün maliyyəni davam etdirsək və Talibanın şəhərlərə hər hansı böyük hücumuna qarşı ABŞ hərbi hava qüvvələrindən məhdud şəkildə istifadə edilməsini nəzərdən keçirsək, Əfqanıstan hökumətinə ölkənin böyük bir hissəsinin nəzarətini saxlamağa kömək edə biləcəyimiz mümkün ola bilər.”

Bu arada, minlərlə əfqan Kabildə pasport ofislərinə üz tutub, ABŞ-ın ölkədən çıxmasından öncə viza almağa ümid edərək, ölkədən qaçmağa çalışır.

ABŞ qüvvələrinə kömək edən on minlərlə əfqan tərcüməçi və digərlərinin başqa yerlərə köçürülməsi üçün səylər davam etdirilir. Administrasiya xüsusi mühacirət vizaları hazır olana qədər onların müvəqqəti yerləşdirilməsi üçün Birləşmiş Ştatlar xaricində və üçüncü ölkələrdəki ABŞ obyektlərinin müəyyən edildiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG