Accessibility links

Bayden administrasiyası Çinin Tramp administrasiyasının sabiq rəsmilərinə sanksiyalarını tənqid edir


Bayden administrasiyası Çinin çərşənbə günü Co Bayden and içərək Birləşmiş Ştatların 46-cı prezidenti olaraq vəzifəsinin icrasına başlamadan dəqiqələr öncə Tramp administrasiyasının rəsmilərinə sanksiya tətbiq etmək qərarını tənqid edib.

Çinin Xarici İşlər Nazirliyi Çinin daxili məsələlərinə kobudcasına müdaxilə edən, Çinin maraqlarına xələl yetirən, Çin xalqını təhqir edən və Çin-ABŞ münasibətlərini ciddi pozan bir sıra sərsəm addımları planlaşdıran, təbliğ edən və həyata keçirən” 28 insan arasında sabiq dövlət katibi Mayk Pompeonun da olduğunu bildirib.

Xarici İşlər Nazirliyinin sözçüsü Huaq Çunyinq cümə axşamı Pekində müxbirlərlə brifinq zamanı Pompeonu “kloun” adlandırıb.

Çin həmçinin sabiq prezident Donald Trampın ticarət müşaviri Piter Navaroya, sabiq milli təhlükəsizlik müşaviri Robert O’Brayan və O’Brayanın sələfi Con Boltona da sanksiya tətbiq edib.

Nazirlik bildirib ki, sanksiyanın tətbiq olunduğu insanların və onların yaxın ailə üzvlərinin “Çin, Honq Konq və Makaoya daxil olmaları qadağandır.” Nazirlik həmçinin onların və onlarla əlaqəsi olan qurumların Çinlə biznes aparmalarının qadağan olduğunu bildirib.

Prezident Baydenin Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Horn Reuters-ə verdiyi açıqlamada sanksiyaları “səmərəsiz və sinik addım” olaraq tənqid edib. Horn deyib ki, Bayden “Amerikanı Çinlə rəqabətdə önə çəkmək üçün hər iki partiyadan liderlərlə işləməyi səbirsizliklə gözləyir.”

Çinlə ABŞ arasında münasibətlər Tramp vəzifəyə gələndən qısa müddət sonra ABŞ-da satılan Çin məhsullarına tarif tətbiq etməsindən sonra kəskin şəkildə pisləşib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG