Accessibility links

Bayden administrasiyasının xarici siyasət kursunu açıqlayıb


Bayden administrasiyasının xarici siyasət kursunu açıqlayıb
please wait

No media source currently available

0:00 0:02:25 0:00

Bayden administrasiyasının xarici siyasət kursunu açıqlayıb

Prezident Co Bayden ABŞ Dövlət Departamentini ziyarət edib və Amerika diplomatları ilə görüşdə administrasiyasının xarici siyasət kursunu açıqlayıb. Bayden ABŞ-ın Yəməndə hərbi əməliyyatlara dəstəyinə soy qoyulması və bütünlüklə diplomatik yola keçilməsi haqda göstəriş verib.

Prezident Co Bayden diplomatlar və Dövlət Departamentinin dünya ölkələrində nümayəndələrinə mesaj verdi.

“Amerika geri döndü. Diplomatiya qayıdıb. Siz mənim görmək istədiyim işlərin mərkəzindəsiniz."

Bayden keçmiş prezident Donald Trampın Səudiyyə Ərəbistanının başçılığı ilə Yəməndə vətəndaş müharibəsinə hərbi müdaxiləyə dəstək kursunun dəyişdirildiyini bildirib.

“Bu müharibə sona çatmalıdır. Öhdəliyimizi vurğulamaq üçün Yəməndə müharibədə silah satışları da daxil olmaqla hərbi əməliyyatlara ABŞ-ın dəstəyini dayandırırıq.”

Bayden Yəməndə ABŞ-ın xüsusi nümayəndəsi postunun yaradıldığını bildirib və diplomat Tim Lenderkinqi bu vəzifəyə təyin edib. Ekspertlər bunu ciddi dəyişiklik kimi qiymətləndirir.

“Amerika diplomatının orada olması fikrimcə, ABŞ-ın həqiqətən də münaqişənin həllinə sadiq qaldığını və həqiqətən də nəyinsə baş verdiyini görmək istədiyinə dair güclü bir siqnaldır", Amerika Tərəqqi Mərkəzinin eksperti Brayan Katulis bildirib.

Bayden həmçinin Yəməndə olduğu kimi münaqişələr nəticəsində qaçqın düşən insanların qəbulu ilə bağlı açıqlama verib.

"Görünməmiş qlobal ehtiyacın ödənilməsinə kömək etmək məqsədilə qaçqın qəbulu proqramımızı yenidən başlamaq üçün qərarı təsdiqləyirəm", ABŞ prezidenti bildirib.

Bayden Myanmada çevrilişi qınayıb və ordunu hakimiyyətdən imtina etməyə, mülki liderləri azad etməyə və internet xidməti və rabitəni bərpa etməyə çağırıb.

Prezident həmçinin ABŞ-ın dünya boyu yerləşdirilmiş hərbi qüvvələrinin sayının nəzərdən keçiriləcəyini və Trampın Almaniyadan qüvvələrin çıxarılması planının dondurulduğunu bildirib.

Katulis onun bildirdiyi kimi, Trampın gözlənilməz hərəkətlərindən sonra bu addımın Almaniyanı və ABŞ-ın yaxın müttəfiqlərini sakitləşdirdiyini deyib.

“Fikrimcə, bu addım ABŞ xarici siyasətini Birləşmiş Ştatların müttəfiqləri ilə, xüsusilə də demokratik müttəfiqləri ilə yaxından işlədiyi kimi normalara qaytarır”, o bildirib.

Bayden Dövlət Departamentinin işçilərinə onların təcrübəsini qiymətləndirdiyini və onların işlərini siyasiləşdirməyəcəyini deyib.

Şərhlərə bax

XS
SM
MD
LG