Accessibility links

Bayden amerikalıları Əfqanıstandan evlərinə geri qaytaracağına söz verib


ABŞ Prezidenti Co Bayden

ABŞ Prezidenti Co Bayden cümə günü ölkəni tərk etmək istəyən bütün amerikalılar və münaqişə zamanı ABŞ hökumətinə işləyərək həyatlarını riskə atan əfqanlar evakuasiya olunanadək ABŞ əsgərlərinin Əfqanıstanda qalacağına dair vədini yeniləyib.

“Evə gəlmək istəyən bütün amerikalılar, biz sizi evə gətirəcəyik”. Unutmayın, bu çox təhlükəlidir. Bu, silahlı qüvvələrimizə risk yaradır və çətin şərati altında həyata keçirilir,” Bayden Ağ Evdə Vitse-Prezident Kamala Harris və Dövlət Katibi Antoni Blinkenlə birlikdə söyləyib.

Bayden həmçinin deyib ki, onun administrasiyası “bizim əfqan müttəfiqlərimizi, partnyorlarımızı və hədəf alına biləcək əfqanları” təhlükəsiz şəkildə evakuasiya etmək üçün “əlimizdən gələn hər şeyi” edəcək.

Prezident deyib ki, ABŞ ordusu cümə axşamı Kabildə Hamid Karzai Beynəlxalq Hava Limanından 5700 insanı, avqusutun 14-dən, yəni Taliban Kabilə daxil olmadan bir gün öncədən bəri isə 13000 insanı evakuasiya edib.O deyib ki, iyulun sonundan bəri də ümumilikdə 18000 insan ölkədən evakuasiya edilib.

Bayden həmçinin bildirib ki, ABŞ qüvvələri Kabildə hava limanından kənara çıxaraq 169 amerikalını aeroporta gətirib. O qeyd edib ki, administrasiyası The New York Times, The Wall Street JournalThe Washington Post ilə işləyərək onların ölkədəki 204 işçisini evakuasiya edib.

Prezident bildirib ki, onun administrasiyası evakuasiyaları təhlükəsizliyini təmin etmək üçün Talibanla müntəzəm olaraq əlaqədədir, eyni zamanda isə o xəbərdarlıq edib.

“Biz Talibana açıq şəkildə bildirdik ki, bizim qüvvələrimizə qarşı hər hansı hücum və ya hava limanında əməliyyatlarımıza əngəlin törədilməsinə sürətli və güclü şəkildə cavab verəcəyik.”

Prezident Taliban Əfqanıstan boyu irəliləyişlər əldə etdiyi bir vaxt administrasiyası amerikalıları və risk altında olan əfqanları ölkədən çıxarmaq üçün cəld hərərək etmədiyinə görə ABŞ qanunvericilərinin tənqidlərinə tuş gəlib.

ABŞ-ın Birgə Qərargahında ABŞ ordusunun general mayoru Vilyam Teylor cümə günü müxbirlərə deyib ki, Kabil hava limanında evakuasiya səylərinə yardım etmək üçün 5800 ABŞ qoşunu var.

Əfqanıstan neçə amerikalı və əfqanın təxliyə edilmək istədiyi aydın deyil.

Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, ümumi say bir neçə müəyyən amildən asılıdır. O bildirib ki, Dövlət Departamenti departamentə müraciət edən bütün ABŞ vətəndaşları habelə ABŞ-dan yardım istəyən risk altında olan əfqanlarla əlaqə qurmağa çalışır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG