Accessibility links

Bayden avqustun 30-da Vaşinqtonda Zelenski ilə görüşəcək


ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenskini gələn ay Ağ Evdə qəbul edəcək. Ağ Evin məlumatına görə, görüşdə Şərqi Avropa ölkəsinin suverenliyinə qarşı təhdidlər və enerji məsələləri müzakirə ediləcək.

Ağ Evin mətbuat katibi Cen Psaki çərşənbə günü elekkton poçtla göndərdiyi açıqlamada bildirib ki, 30 avqust tarixinə planlaşdırılan görüşdə Baydenin "Rusiyanın davam edən təcavüzü qarşısında Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verilən sarsılmaz dəstəyi" ifadə olunacaq.

Rusiya 2014-cü ildə Krım yarımadasını Ukraynadan ilhaq etdikdən və Ukraynanın şərqindəki Donbas bölgəsindəki qarşıdurmada separatçılara dəstək verdikdən sonra Kiyev və Moskva arasında qarşıdurma yaranıb. Kiyev bu münaqişədə 14 min insanın öldüyünü bildirir.

Görüş Bayden administrasiyası tərəfindən Rusiyanın Arktik bölgəsindən Almaniyaya qaz nəql etmək üçün Baltik dənizi altında inşa edilən Şimal Axın 2 qaz boru kəməri ilə əlaqədar Ukraynanın narahatlığını qismən azaltmaq üçün nəzərdə tutulub.

Ukrayna Rusiyadan enerjini bu ölkəyə qarşı silah kimi istifadə etməkdən və qaz nəqli üçün tranzit nöqtəsi kimi haqlarını itirməkdən qorxur. Lakin bəzi mənbələr bildirir ki, sazişə əsasən Rusiya Ukraynaya enerji təminatını dayandıracağı təqdirdə Almaniya Moskvaya qarşı potensial dəqiqləşdirilməmiş addımlar atmağı planlaşdırır.

Bundan əvvəl Bayden və Zelenski iyun ayında ABŞ prezidentinin Cenevrədə Rusiya prezidenti Vladimir Putinlə zirvə görüşü ərəfəsində telefon danışığı aparıb. Danışığın məqsədi Moskva və Vaşinqton arasında Ukraynanın müstəqilliyi də daxil olmaqla, münasibətlərdəki gərginliyi azaltmaq olub.

Ağ Ev görüşdə Bayden və Zelenskiyin ABŞ və digər Qərb ölkələrinin uzun müddət diqqət mərkəzində olduğu Ukraynanın antikorrupsiya səylərini də müzakirə edəcəyini bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG