Accessibility links

Avropa Birliyi Baydeni əməkdaşlığa çağırır


Avropa Birliyinin liderləri Co Baydenin andiçmə mərasimini Amerikada “yeni bir şəfəq” kimi qiymətləndirib.

“Əsrlərdir ABŞ Kapitolisinin pilləkanlarında keçirilən bu mərasim bir daha Amerika demokratiyasının dayanıqlığını və dörd ildən sonra Avropanın Ağ Evdə bir dostu olduğunu bir daha sübut edir " - deyə, Brüsseldəki Avropa Parlamentində çıxışı zamanı ABŞ-ın 46-cı prezidenti kimi Baydenin andiçmə mərasimi ərəfəsində Avropa Komissiyasının başçısı Ursula von der Leyen bildirib.

Eyni dərəcədə həyəcanlı olan Avropa Şurasının başçısı Çarlz Mişel ABŞ-la Avropa Birliyi arasındakı münasibətlərin prezident Donald Tramp dövründə dəyişdiyinə dair səmimi idi. “Bu gün keçid dövründən çox son dörd ildə zərər görən Transatlantik münasibətlərimizin bərpası üçün bir fürsətdir” - deyə, o bildirib.

Avropa Şurası Avropa Birliyinin siyasi qoludur. Çarlz Mişel Baydeni NATO toplantısı ilə paralel keçiriləcək Avropa Şurasının Brüsseldəki fövqəladə iclasında iştirak etməyə dəvət edib. O, Avropa liderlərinin ABŞ-la birlikdə COVID-19 pandemiyasına son qoymaq, iqlim dəyişikliyi ilə mübarizə, təhlükəsizlik kimi çoxşaxəli əməkdaşlığı artırmaq istədiklərini deyib.

Avropa liderləri iki həftə əvvəl Trampın tərəfdarlarının Kapitoli binasına hücumunundan sonra Baydenin inaqurasıyasının hücumçüların uğursuzluğunu nümayiş etdirdiyini bildiriərək, Baydeni Avropa ilə əməkdaşlığa çağırıb.

"Səlahiyyətinin ilk günündə ABŞ-ın yeni prezidentinə mühüm bir təkliflə müraciət edirəm: Gəlin daha güclü bir Avropa, daha güclü bir Amerika və daha yaxşı bir dünya üçün yeni bir müqaviləyə imza ataq" - deyə, Çarlz bildirib.

XS
SM
MD
LG