Accessibility links

ABŞ-Aİ sammitində Baydenin gündəmi: koronavirus, iqlim dəyişikliyi və ticarət


İyunun 15-i danışıqları zamanı koronavirus pandemiyası və iqlim dəyişikliyi ilə mübarizə, habelə ticarət və xarici əlaqələrdə birlikdə çalışmaq diqqət mərkəzindədir.

Bazar ertəsi jurnalistlərə danışan yüksək səviyyəli Bayden administrasiyasının rəsmisi çərşənbə axşamı görüşlərindən ticarət və texnologiya şurasının yaradılmasını təşəbbüsünü xüsusi olaraq vurğulayıb.

“Ticarət və Texnologiya Şurası süni intellekt, kvant hesablama, biotexnologiya kimi yeni texnologiyalar üçün standartların koordinasiyasından tutmuş həm ABŞ, həm də Avropa İttifaqı üçün bir sıra mühüm prioritet sahələri əhatə edəcək. Bura tədarük zəncirinin dayanıqlığını əlaqələndirmək, idxal və ya investisiya yoxlamasını və ixrac nəzarətlərini əlaqələndirmək, DTT-nin ən yaxşı şəkildə necə islah ediləcəyini koordinasiya etmək daxildir” - deyə, o qeyd edib.

Müzakirələr başlamazdan əvvəl verilən açıqlamalarda tərəflər COVID-19 peyvəndlərinə bərabər hüquqlu girişi təmin etmək üçün COVAX təsisinə dəstəyi təkrarlayacağını və pandemiyanın iqtisadi təsirlərindən qlobal bir şəkildə qurtulma yolları üzərində birlikdə çalışacaqlarını deyiblər. Onlar, həmçinin Ümumdünya Səhiyyə Təşkilatında islahatlara dair səyləri müzakirə etməyi planlaşdırıblar.

G-7 və NATO iclaslarında əsas mövzu olduqdan sonra Rusiya və Çin yenidən gündəmdə olacaq.

Həm Ağ Ev, həm də Avropa İttifaqı bildirib ki, liderlər demokratiyanı dəstəkləmək və korrupsiyaya qarşı mübarizə və bütün dünyada insan haqlarına riayət etmək öhdəliklərini ifadə edəcəklər. Həm də kiber təhlükəsizlik və miqrasiya ilə bağlı məsələlərdə əməkdaşlıq edəcəklərinə söz verirlər.
Sammitdə Aİ tərəfini Avropa Şurasının sədri Çarlz Mişel və Avropa Komissiyasının sədri Ursula von der Leyen təmsil edir.

İqlim dəyişikliyi mövzusunda ABŞ və Aİ 2015-ci il Paris İqlim Sazişinə riayət etmək və 2050-ci ilə qədər iqlimə təsirdə neytral olmaq öhdəliklərini təsdiq edəcəklərini bildiriblər. Onlar digər “böyük oyunçuları” da iddialı iqlim tədbirləri görməyə çağırmağı planlaşdırdıqlarını qeyd edib. İlk olaraq imzalandığı zaman təxminən 200 ölkə tərəfindən qəbul edilən Paris İqlim Sazişinin məqsədi qlobal istiləşməni ləngitmək idi.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG