Accessibility links

Co Bayden Ali Məhkəməyə nominasiya edilən hakimin təsdiqinin təxirə salınmasına çağırıb


ABŞ prezidentliyə Demokrat namizəd Co Bayden Respublikaçılar tərəfindən idarə olunan Senatın Prezident Donald Trampın Ali Məhkəməyə nominasiya etdiyi hakimin təsdiqini təxirə salması üçün seçicilərin “səlahiyyətdən bu sui-istifadəni dəstəkləməyəcəyini” deyib.

Bayden Senatın ya onun özü, ya da Trampın yeni dörd illik müddət üçün vəzifəyə gələcəyi tarixə qədər təsdiqin təxirə salmalı olduğunu bildirib. Tramp isə hakim Emi Kon Barrettin seçimi ilə bağlı addımın indiyədək Ali Məhkəməyə heç bir namizədin prezident seçkilərinə bu qədər yaxın müddətdə təsdiq edilmədiyinə baxmayaraq bonun konstitusiyaya görə vəzifəsi olduğunu deyir.

Baydenin çağırışı Demokrat və Respublikaçıların hakim Rut Beyder Ginzburqun vəfatı ilə boş qalan yerin noyabr seçkiləri öncəsi seçiciləri ruhlandırmaq üçün istifadə etmək məqsədilə hərəkətə keçməsindən sonra səslənib.

"Senat demokratiyamız üçün möhkəm dayanmalıdır," Bayden bildirib. Doğma Delaver ştatında keçirdiyi mətbuat konfransında Bayden deyib ki, Senatın Barrett nominasiyası yolunda irəliləməsi “uçuruma doğru dönülməz bir addım olacaq”. O, bunun Amerikanın yarandığı və qoruduğu tək bir keyfiyyətə - xalqın qərar verməsi prinsipinə xəyanət ola biləcəyini əlavə edib.

ABŞ Prezidenti Donald Tramp Ali Məhkəmədə liberal hakim Rut Beyder Ginsburqun vəfatı nəticəsində boş qalmış yerə Emi Koni Barreti sentyabrın 26-da nominasiya edib. Bu, Trampa prezident seçkisinə altı həftədən az qalmış bir vaxtda Ali Məhkəmədə mühafizəkar hakimlərin sayını artırmaq imkanı verib.

Barreti ölkənin parlaq və istedadlı hüquqşünası adlandıran Tramp onun bu vəzifəyə ixtisaslı namizəd olduğunu deyib.

ABŞ dövlət başçısı Barretin nominasiyasının tez bir zamanda təsdiqinə çağırıb. O deyib ki, Barreta qarşı qanunvericilər və KİV-lərin özəl və siyasi mövqelərdən hücumlarına yol verilməməlidir.

Daha sonra müxbirlərin suallarını cavablandıran Tramp demokratların onun namizədliyinin təsdiqinə mane olmasının çox çətin olacağını bildirib. Belə ki, prezident Barretin yüksək kvalifikasiyaya malik olduğunu deyib.

Mühafizəkar Apellyasiya Məhkəməsi hakimi Barret və digər bir neçə Apellyasiya Məhkəməsi hakimi Barbara Laqoa Ali Məhkəməyə öndə gedən namizədlər arasında idi.

Prezidentin ABŞ-ın sabiq vitse-prezidenti Co Baydenə qarşı rəqabət aparacağı prezident seçkisindən öncə Ali Məhkəməyə hakim nominasiya etmək qərarı Vaşinqtonda siyasi mübahisələrə səbəb olub.

Senatın Respublikaçı liderləri namizədin təsdiqolunma prosesinin mümkün olduğu qədər tez bir şəkildə həyata keçirilməli olduğunu iddia edirlər, Demokratlar isə nominasiyanın noyabr ayında keçiriləcək seçkinin qalibi müəyyən olunana qədər təxirə salınmalı olduğunu deyir.

Ali Məhkəməyə hakimlər ömürlük təyin olunurlar. Ginsburqun vəfatından öncə məhkəmədə mühafizəkarlar 5-4 çoxluq təşkil edirdilər. Ginsburqun yerinə mühafizəkar hakim təyin olunsa, mühafizəkarlar 6-3 üstünlük əldə edəcəklər.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG