Accessibility links

Bayden: Davamlı diplomatiya dövrünə qədəm qoyuruq


ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı dövlət başçısı olaraq ilk dəfə BMT Baş Assambleyasının iclasında çıxış edib.

Prezident dünya ölkələrinin qlobal problemlərlə üzləşmək üçün həmişəkindən daha çox əməkdaşlıq etməli olduqlarını vurğulayıb.

"Əfqanıstanda iyirmi illik münaqişə dövrünə son qoyduq və bu davamlı müharibə dövrünə son qoyaraq yeni bir davamlı diplomatiya dövrünə başladıq" - deyə, o bildirib.

Bayden beynəlxalq problemləri, xüsusən Hind-Sakit okean bölgəsi problemlərini həll etmək üçün çoxtərəfli qurumlardan istifadə etmək niyyətində olduğunu qeyd edib.

Ağ Ev rəhbəri ABŞ-ın hərbi gücündən yalnız son çarə olaraq istifadə edilməli bir vasitə olduğunu əlavə edib.

O, ABŞ-ın güclü dövlətlərin daha zəif dövlətlərə hakim olmaq cəhdlərinə müqavimət göstərəcəyini vurğulayıb.

Baydenə görə, ABŞ sülh məqsədləri güdən hər bir ölkə ilə əməkdaşlığa hazırdır.

O, xüsusilə ABŞ-ın Koreya yarımadasının nüvəsizləşdirilməsini tam şəkildə həyata keçirmək niyyətində olduğunu xatırladıb. Bundan başqa, Bayden ABŞ-ın hələ də İranın nüvə silahı əldə etməsinin qarşısını almaq niyyətində olduğunu qeyd edib.

O, ABŞ-ın İsrailə dəstəyinin toxunulmazlığını və Yaxın Şərq probleminin iki dövlətli həllini dəstəklədiyini təkrarlayıb.

Bayde, xüsusilə Cənubi Sudan, Çeçenistan və Moldovadan bəhs edərək insan haqları, azadlıq və demokratiyaya riayət etmək uğrunda mübarizə aparan hər kəsə dəstəyini ifadə edib.

Prezident Birləşmiş Ştatların tezliklə COVID-19 pandemiyası ilə mübarizə üçün əlavə öhdəliklərini açıqlayacağını bildirib.

O, iqlim dəyişikliyi ilə mübarizə üçün inkişaf etməkdə olan ölkələrə beynəlxalq yardım proqramlarının maliyyələşdirilməsini iki dəfə artırmaq üçün Konqreslə işləmək niyyətində olduğunu qeyd edib.

Bayden qüvvələrin Əfqanıstandan tələsik çıxarılması və Avstraliya ilə ABŞ-ın Çinə qarşı mübarizədə əsas müttəfiqi olan Fransanı qəzəbləndirən sualtı qayıqların qurulması texnologiyasının ötürülməsi ilə bağlı razılaşma ilə əlaqədar tənqidlə üzləşir.

Prezident Respublikaçı sələfi Donald Trampın irəli sürdüyü "Birinci Amerika" şüarı altında bir neçə ildən sonra Birləşmiş Ştatların dünyadakı tərəfdaşlarına etibarlı müttəfiq olaraq qaldığına inandırıcı sübutlar verməyə ümid edir.

"Amerika geri döndü. Birləşmiş Millətlər Təşkilatına və dəyərinə inanırıq "- deyə, o bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın Zaporijye bölgəsinə raket zərbəsi endirib
please wait

No media source currently available

0:00 0:12:04 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG