Accessibility links

Bayden Britaniyada görüşlər keçirir


ABŞ Prezidenti Co Bayden dövlət başçısı kimi ilk xarici səfəri olan Britaniyada bir sıra görüşlər keçirir. Britaniya Baş naziri Boris Conson G7 zirvəsi öncəsi kurort şəhəri Karbis-Beydə ABŞ Prezidenti ilə görüşüb.

"Bura o qədər gözəldir ki, evə getmək istəmirəm" - deyə Bayden birinci xanım Cill, Conson və onun həyat yoldaşı Kerri ilə dəniz sahilində gəzərkən bildirib.

Baydenin rəsmi proqramında qeyd edildiyi kimi o, ABŞ və Britaniya arasındakı münasibətlərin xüsusi mahiyyətini bir daha təsdiqləmək niyyətindədir. Liderlər ikitərəfli danışıqlar aparıb. Prezident Baydenin dediyinə görə, səfərin ilk günü yaxşı keçib.

Boris Conson danışıqları "təmiz hava nəfəsi" adlandırıb.

Bayden-Conson igörüşünün gündəliyində Avropa və ABŞ-da demokratiya və kollektiv təhlükəsizliyin təşviqinə dair yeni Atlantik Xartiyanın təsdiqlənməsi yer alır.

ABŞ-ın Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın dediyi kimi, nizamnamə ABŞ Prezidenti Franklin Ruzvelt və Britaniyannın Baş naziri Uinston Çörçill tərəfindən 1941-ci ildə qəbul edilmiş tarixi bəyannamə əsasında hazırlanıb.

Bundan əlavə, prezident koronavirus peyvənd proqramı və dünyada pandemiya ilə mübarizə səyləri barədə də danışacaq.

XS
SM
MD
LG