Accessibility links

Prezident Bayden və həyat yoldaşı Cill Şükran bayramı ərəfəsində yemək paylayıb


Prezident Co Bayden və həyat yoldaşı Cill çərşənbə axşamı ABŞ-da bu həftə keçiriləcək Şükran bayramı ərəfəsində Vaşinqtonda məktəblər və evsizlərin sığınacaqları üçün təzə yeməklər hazırlayan D.C. Central Kitchen-də hind quşu və şirin kartof paylayıb.

Baydenlərə vitse-prezident Kamala Harris və həyat yoldaşı Doq Emhoff da qoşulub. Onlar yaşıl lobya və sous hazırlayıb. Baş aşpaz Xose Andres mətbəxin işçiləri ilə birlikdə Şükran süfrəsinin yemək dəstlərini gətirib.

Amerikalılar cümə axşamı Şükran bayramını ənənəvi yeməklə qeyd edirlər ki, buraya hind quşu, kartof püresi və digər yeməklər daxildir.

Jurnalistlər Baydendən nəyə görə minnətdar olduğunu soruşduqda o, "yanımda dayanan insanlara görə" deyib.

İcma tədbirindən sonra Baydenlər Şükran bayramı tətilinin qalan hissəsini Massaçusets ştatının Nantuket şəhərində keçirmək üçün Endryus bazasına gedib.

Koronavirus pandemiyasına görə keçən il Biden Şükran bayramıni Delaver ştatının Vilminqton şəhərindəki evində, yalnız birinci xanım Cill Bayden, qızı Eşli və onun həyat yoldaşı Hovard Kerinlə birlikdə qeyd etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Kyivi pilotsuz təyyarələr və raketlərlə hədəf alıb
please wait

No media source currently available

0:00 0:10:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG