Accessibility links

Bayden: COVİD-19-un yeni variantı panika deyil, narahatlıq üçün səbəbdir


Bayden: COVİD-19-un yeni variantı panika deyil, narahatlıq üçün səbəbdir
please wait

No media source currently available

0:00 0:03:27 0:00

Prezident Co Bayden COVID-19-un omikron adlandırılan olduqca yoluxucu variantının “panika deyil, narahatlığa” səbəb olduğunu deyib. Ağ Evdə danışan Bayden virusun bu variantının ilk qeydə alındığı Cənubi Afrika regionundan səyahətlərin məhdudlaşdırılması haqda kəskin tənqid olunan qərarını da müdafiə edib. ABŞ prezidenti amerikalıları yeni variant haqda məlumatların verildiyi vaxt vaksinasiya olmağa çağırıb.

Düşmənin yeni adı var - omikron. Koronavirusun yüksək ötürülmə dərəcəsinə malik yeni variantı ilk dəfə Cənubi Afrikalı alimlər tərəfindən müəyyən edilib və ona yunan əlifbasının 15-ci hərfinin adı qoyulub.

ABŞ prezidenti Co Bayden: “Bu variant çaxnaşma deyil, narahatlıq üçün səbəbdir. Bizdə dünyanın ən yaxşı peyvəndi, ən yaxşı dərmanları, ən yaxşı alimləri var və biz hər gün daha çox şey öyrənirik, bu variantla xaos və çaşqınlıq deyil, elmə və biliyə əsaslanan fəaliyyətlərlə sürətlə mübarizə aparacağıq.”

Yeni variantın elan edilməsindən bir qədər sonra Bayden Afrikanın cənubunda bir neçə ölkəyə səyahət məhdudiyyətləri tətbiq edib. Bu addım Cənubi Afrika prezidenti Siril Ramafosa tərəfindən hiddətlə qarşılanıb.

Cənubi Afrika prezidenti Siril Ramafosa: “Bu məhdudiyyətlər ölkəmizə və Afrikanın cənubundakı qardaş ölkələrə qarşı tamamilə əsassız və ədalətsiz ayrı-seçkilikdir. Səyahət qadağası elmi əsaslı deyil və bu variantın yayılmasının qarşısını almaqda təsirli olmayacaq”.

Lakin Bayden məhdudiyyətlərdən daha çox amerikalının vaksinasiya olması və digər profilaktik tədbirlərin görülməsi üçün vaxt qazanmaq məqsədilə istifadə etdiyini deyib.

“Ümumdünya Səhiyyə Təşkilatının yeni variantı müəyyən etdiyi gün mən dərhal Afrikanın cənubundan səyahətləri məhdudlaşdırmaq üçün addımlar atdım. Lakin biz (bilirik) səyahət məhdudiyyətləri omikronun sürətini yavaşlatsa da, bunun qarşısını ala bilmir. Amma bununla nə edilir. Bu, bizə vaxt verir. Bizə əlavə tədbirlər görmək üçün vaxt verir”.

Virciniya Universitetinin tibb üzrə dosenti, doktor Tayson Bell deyir ki, bu yeni variant haqqında alimlərin bilmədiyi çox şey var - məsələn, onun daha təhlükəli olub-olmaması. Onun sözlərinə görə, bunu bilmədən ən yaxşı fəaliyyət istiqamətinin nə olduğunu bilmək çətindir.

Doktor Tayson Bell: “Bu mübahisədə hər iki tərəfin öz arqumentləri var. Düşünürəm ki, virusun omikron variantının indi təcrid olunduğu yerə baxsanız, bu, bir çox başqa ölkələrdə, indi Avropanın bir neçə ölkəsindədir və bura Cənubi Afrika və ya Cənubi Afrika ilə birbaşa əlaqəsi olmayan insanlar daxildir. Buna görə də mənim fikrimcə, məsələ ondadır ki, bu, ayrı-seçkilik kimi görünür və əslində bu, belədir. Məhdudlaşdırmanın tətbiq edildiyi siyahıda olan ölkələr indi ayrı-ayrı yoluxma halları olan bütün ölkələrlə üst-üstə düşmür. Buna görə də, digər tərəfdən, düşünürəm ki, Bayden administrasiyası, Dr. (Antoni) Fauçi və başqaları yayılmanın qarşısını almağa və daha çox vaxt qazanmağa çalışırlar.”

Prezident Bayden peyvənd edilməmiş amerikalıları vaksinasiya olunmağa, vaksin olunmuş amerikalıları isə uyğun olduğu təqdirdə gücləndirici doza almağa çağırıb. Doktor Bell bunun elmə əsaslanan məsləhət olduğunu deyir, özü də təkcə amerikalılar üçün deyil.

Doktor Tayson Bell: “Bu, həqiqətən də dünya əhalisini peyvənd etmək üçün əlimizdən gələni etməli olduğumuza dair bir çağırış olmalıdır, çünki virus yüksək səviyyədə yayıldığı üçün daha çox variant yaranırsa, bunu effektiv vaksinasiya yolu ilə həll edib, aradan qaldırmalı olduğunuzu bilirsiniz.”

Yeni variantlar meydana çıxmağa davam etdikcə, həkimlər hamı üçün - yaşlılar, gənclər, amerikalılara və başqalarına eyni mesajları verir: maska taxmaq, məsafə saxlamaq və vaksinasiya olunmaq.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ dövlət katibi Antony Blinken Ukraynaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG