Accessibility links

Bayden COVID-19-a qarşı peyvəndin ikinci dozasını alıb


ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden vaksinasiyasını başa çatdırmaq üçün bazar ertəsi Delaver ştatının Nyuark şəhərindəki Xristiana Xəstəxanasında COVID-19-a qarşı peyvəndin ikinci dozasını alıb.

Amerikalılarə peyvəndlərin təhlükəsizliyinə inandırmaq üçün proses canlı yayımlanıb.

Dünya üzrə koronavirusa yoluxma hallarının sayı 90 milyonu keçib, xəstəlik nəticəsinedə ölənlərin sayı isə təxminən 1,9 milyondur. ABŞ-da 375 mindən çox insan virusa yoluxaraq ölüb. Cons Hopkins Koronavirus Resurs Mərkəzinin məlumatlarına görə, ölkədə yoluxanların sayı hazırda 22 milyondan çoxdur.

Peyvənd aldıqdan sonra sualları cavablandıran Bayden ölüm hallarının sayına münasibət bildirərək, "səhvdir və bunu dəyişdirmək üçün çox şey edə biləcəyik" deyib.

Amerika Birləşmiş Ştatlarında vaksinasiya kampaniyası qeyri-bərabər olub və Tramp administrasiyasının planlarına uyğun keçməyib.

Baydenin keçid komandası peyvəndi ikinci dozaların verilməsi üçün saxlamaqdansa, ilk dozalar ilə mümkün qədər çox insanı peyvənd etməyi planlaşdırır.

Onun komandası buun insanlarda virusa qarşı müəyyən dərəcədə malik olmadıqları müdafiəni təmin edəcəyinə inanır. Mütəxəssislər ikinci dozaların verilməsini saxlamağa dair kifayət qədər məlumatın olmadığına istinad edərək, bu yanaşmaya qarşı çıxıblar.

Buna cavab olaraq Bayden komandası ikinci dozaların istehsalı və amerikalılara vaxtında çatdırılmasını təmin etmək üçün planlarının olduğunu bildirib.

Hazırda dövriyyədə olan iki peyvəndin optimal effektivliyi üçün ikinci dozaya ehtiyac var. Pfizer-BioNTech peyvəndinin birinci dozadan təxminən üç həftə sonra ikinci dozası vurulmalıdır, Moderna vaksini isə dörd həftəlik intervalla vurulur. ABŞ-da birdəfəlik istifadə üçün təsdiqlənmiş peyvənd yoxdur.

Pfizer-BioNTech peyvəndi alan Bayden administrasiyasının yanvarın 20-də inaqurasiyasından sonra mümkün qədər çox amerikalının vaksinasiya olunacağına ümid bəslədiyini deyib.

Hakimiyyətə gələcək administrasiya fəaliyyətə başladığı ilk 100 gündə 100 milyon peyvənd paylayacağına söz verib.

"Mənim bir nömrəli prioritetim ən tez zamanda peyvəndi insanlara çatdırmaqdır...və bu proqram üzərində işləyirik" - deyə Bayden, cümə axşamı günü bununla bağlı açıqlama verəcəyini əlavə edib.

XS
SM
MD
LG