Accessibility links

Bayden ölkəni COVID-19 peyvəndi ilə bağlı birliyə çağırır


ABŞ Prezidenti Co Bayden ölkənin peyvənd olunmuş və olunmamış insanlardan ibarət iki qrupa bölünməsindən narahatdır.

"Onsuz da çox məsələdə bölünmüş ölkənin yeni bir şəkildə bölünməsini -COVID-dən qorxmayan insanların yaşadıqları yerlərlə, payızın gəlişi ilə ölüm və ağır xəstəliklərin olduğu yerlər arasında bölünməsini görmək istəmirəm" - deyə, Bayden çərşənbə günü yeni koronavirus peyvəndləri ilə bağlı təşəbbüsləri elan edərkən bildirib.

"Peyvənd vurdurmaq partizan hərəkəti deyil" deyən Bayden, peyvəndlərin hər iki partiyadan prezidentlərin nəzarəti altında istehsal edildiyini qeyd edib. Bayden "Biz qorxudan azad, birləşmiş, vahid bir Amerika olmalıyıq" deyib.

Bayden iyulun 4-nə, ABŞ-ın müstəqilliyini qeyd etdiyi tarixə qədər ölkədə yetkinlərin 70 faizinə peyvəndin azı bir dozasının vurulmasını qarşısına məqsəd qoyub. Hazırda bu rəqəm 63% təşkil edir.

Xüsusilə də bəzi azlıq icmalar arasında COVID-19 peyvənd nisbətinin geridə qalmasına görə Bayden yeni "Shots at the Shop" proqramını təklif edib. Bu proqram çərçivəsində 1000-dən çox bərbər və saç ustası bu ay koronavirus peyvəndləri ilə bağlı təlimlər keçəcək və sonra öz iş yerlərində müştərilərə peyvənd vuracaq.

Bayden Ağ Evdə "Bərbərxanalar və gözəllik salonları, xüsusilə də qaradərili və tünd dərili icmalarda əsas məlumat və fəaliyyət mərkəzidir" deyib.

Ağ Evin bildirdiyinə görə, administrasiyanın "Milli Tədbir Ayı" təşəbbüsünə təşkilatlar, yerli rəhbərliklər, icma və dini təşkilatların liderləri, müəssisələr, sosial mediadakı nüfuzlu şəxslər, məşhurlar, idmançılar, təhsil ocaqları, gənclər və minlərlə könüllü qoşulacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG