Accessibility links

Böyük Yeddilərin səhiyyə nazirləri peyvəndlərin paylanması məsələsini müzakirə edir


Britaniyanın səhiyyə naziri Matt Hankok
Britaniyanın səhiyyə naziri Matt Hankok

Britaniya Böyük Yeddilərin (G-7) səhiyyə nazirlərinin peyvəndlərin paylanması və qlobal sağlamlıq təhlükəsizliyinə təhdidlərin müəyyənləşdirilməsi mövzusundakı iki günlük zirvə toplantısına ev sahibliyi edir.

Cümə axşamı və cümə günü Oksfordda keçirilən danışıqlar Böyük Yeddilərin gələn həftə Kornvalda keçiriləcək zirvə toplantısından əvvəl baş tutur.

COVID-19-a qarşı genişmiqyaslı peyvənd səyləri həyata keçirən ölkələr peyvənd çatışmazlığı yaşayan ölkələrə yardım üçün səylərini artırmaqla bağlı təzyiqlərə məruz qalır.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Gebreyesus "dozaları indi bölüşməliyik" deyib. O, pandemiyaya son qoymaq üçün çox peyvəndin bərabər şəkildə bölünməli olduğunu deyib.

Britaniyanın səhiyyə naziri Matt Hankok ölkəsində yetkinlərin 75%-dən çoxunun azı ilk dozanı aldıqlarını bildirib. Böyük Yeddilər-in digər üzvü olan ABŞ-da isə yetkinlərin təxminən 63% -nə COVID-19 peyvəndi vurulub.

Amerika Birləşmiş Ştatları peyvəndin paylanma proqramına 4 milyard dollar ianə vəd edib. Qlobal proqramın məqsədi 2021-ci ilin sonuna qədər aşağı gəlirli ölkələrdə insanlara peyvənd dozalarını çatdırmaqdır.

ABŞ Dövlət katibi Antoni Blinken çərşənbə axşamı deyib ki, Bayden administrasiyası 2021-ci ilin sonuna qədər 80 milyon dozada peyvəndin az gəlirli ölkələrə göndərilməsi ilə bağlı planını qarşıdan gələn bir iki həftəyə elan edəcək.

Cümə axşamı G-7-nin zirvə toplantısı başlamazdan əvvəl Yaponiyanın Baş naziri Yoşihide Suqa hökumətinin COVAX proqramına yardım üçün əlavə 800 milyon dollar ianə edəcəyini bildirib.

Səhiyyə nazirləri eləcə də heyvanlar və ətraf mühitdə xəstəliklərin əlamətlərinin erkən müəyyənləşdirilməsi üçün birgə səylər də daxil olmaqla, xəstəliklərin heyvanlardan insanlara keçməsinin qarşısını almağın yollarını araşdıracaq.

XS
SM
MD
LG