Accessibility links

Bayden COVID-19-la mübarizənin yeni strategiyasını təqdim edəcək


ABŞ Prezidenti Co Bayden cümə axşamı günortadan sonra Ağ Evdə edəcəyi çıxışı zamanı ölkədə COVID-19-a yoluxma hallarının kəskin şəkildə artımına qarşı mübarizə üçün yeni strategiyasını təqdim edəcək.

Ağ Evin mətbuat katibi Cen Psaki çərşənbə günü jurnalistlərə verdiyi açıqlamasında Baydenin virusa qarşı daha çox amerikalını peyvənd etməyə təşviq etmək üçün hazırlanmış altı üsulu izah edəcəyini deyib.

Baydenin çıxışı çox yoluxucu Delta variantının xəstəxanalara yerləşdirilmə və ölüm hallarını artırdığı və onun vəzifəyə başladığı ilk aylarda aqressiv peyvənd səylərini tamamilə heçə endirdiyi vaxta təsadüf edir.

Yeni infeksiyaların əksəriyyəti peyvənd edilməmiş amerikalılar, o cümlədən hələ peyvənd ola bilməyən uşaqlar arasında artır.

Amerika Pediatriya Akademiyasının bildirdiyinə görə, avqustun 5-dən sentyabrın 2-dək uşaqlar arasında yoluxma halları 750 minə çatıb.

Son dalğanın reanimasiya şöbələri COVID-19 xəstələri ilə dolan ABŞ xəstəxanalarını və səhiyyə işçilərini kritik vəziyyətə salıb, Baydenin vəzifəyə başladığı ilk ilindəki əsas hədəfi olan ölkənin pandemiya səbəbilə böhrana uğrayan iqtisadiyyatının bərpasını dayandırıb.

XS
SM
MD
LG