Accessibility links

Bayden peyvənd mandatına qarşı çıxan Respublikaçı qubernatorları tənqid edir


Bayden peyvənd mandatına qarşı çıxan Respublikaçı qubernatorları tənqid edir
please wait

No media source currently available

0:00 0:02:17 0:00

Ştat qubernatorları da daxil olmaqla, getdikcə daha çox Respublikaçı Prezident Co Baydenin federal və digər işçilərin COVID-19 əleyhinə məcburi peyvənd etmələri üçün həyata keçirdiyi geniş tədbirlərə qarşı məhkəmə işi qaldıracaqlarına söz verib.

Amerikalı repçı Niki Minajın koronavirus peyvəndinin impotensiyaya səbəb olması kimi səhv tviti də daxil olmaqla, yayılan dezinformasiyalar və respublikaçı qubernatorların prezident Co Baydenin daha çox amerikalının peyvənd edilməsi üçün məcburi peyvənd mandatına qarşı çıxması administrasiyanın üzləşdiyi problemlərdən yalnız bir neçəsidir. "COVID peyvəndi ilə bağlı tələb irəli sürdüm və bu ştatın qubernatoru bunu tiran hərəkəti adlandırdı. Bu, ən pis siyasət növüdür, çünki öz ştatlarının vətəndaşlarının, xüsusilə də uşaqların həyatını riskə atırlar. Mən bunu qəbul etməkdən imtina edirəm” - deyə, Bayden bildirib.

Cümə axşamı Bayden federal işçilərə, səhiyyə işçiləri, 100 və ya daha çox işçisi olan müəssisələrin işçilərinin peyvənd olunmasını tələb ettdiyinə görə onu ittiham edən respublikaçı qubernatorları qınadı.

Hətta 10-dan çox ştat COVID-19 peyvəndlərinin məcburi vurulmasına və ya peyvəndin vurulduğunu sübut edən sənədin təqdim edilməsinə qarşı qanun qəbul etdi. Florida ştatının qubernatoru Ron Desantis: "Bayden kimi bir prezidentiniz Amerika xalqına qarşı konstitusiyaya zidd fərmanlar verəndə, bizim borcumuz konstitusiyanın müdafiəsinə qalxmaqdır və biz bunu Florida ştatında edirik."

Peyvənd pulsuz və əlçatan olsa da, amerikalıların yalnız 55%-i tam peyvənd olunub. Administrasiya Baydenin peyvəndi mandatının bu sayı artıracağına ümid edir.

COVID peyvəndi ilə bağlı mandat Kaliforniyanın Demokratik qubernatoru Qavin Nyusomun siyasi gələcəyini təhlükə qarşısında qoyub. Pandemiyaya yanaşmasına etiraz olaraq, bu həftə o, işdən azad olunması ilə bağlı seçkilərlə üzləşib. Qavin Nyusom: "Elmə hə dedik. Peyvəndlərə hə dedik. Bu pandemiyaya son qoymağa "bəli" dedik."

Kampaniyanı gücləndirmək üçün yüksək səviyyəli demokratlar da daxil olmaqla, Bayden və vitse-prezident Kamala Harris Kaliforniyaya səfər etdikdən sonra qubernator Nyusom işini saxlaya bilib.

XS
SM
MD
LG