Accessibility links

Co Baydenin qlobal peyvənd tədarükünü artırmaq məqsədilə zirvə toplantısına çağırış edəcəyi gözlənilir


ABŞ xəbər agentliklərinin bildirdiyinə görə, ABŞ Prezidenti Co Baydenin qlobal COVID-19 peyvəndi tədarükünü artırmaq üçün zirvə toplantısının keçirilməsinə çağırış edəcəyi gözlənir.

Sammit bu ayın sonunda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında keçiriləcək. The Washington Post sammitdə dünya liderləri arasında inkişaf etməkdə olan ölkələrdə peyvənd çatışmazlığı da daxil olmaqla, səhiyyə böhranı ilə birlikdə mübarizə aparmaq və bərabərsizliyi aradan qaldırmaq üçün koordinasiya məsələlərinin müzakirə ediləcəyini bildirib.

COVID-19-a səbəb olan pandemiyanın yeni və daha yoluxucu variantlarının ortaya çıxması ilə Birləşmiş Ştatlar və digər zəngin ölkələrə COVID-19 peyvəndlərinin yoxsul ölkələrə bağışlanması ilə bağlı təzyiqlər artır.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Ghebreyesus çərşənbə günü azgəlirli ölkələrin daha çox peyvənd dozası almaları üçün zəngin ölkələri gücləndirici peyvəndlərin tətbiqini ilin sonuna qədər dayandırmağa çağırıb. Bundan əvvəl Tedros zəngin ölkələrin gücləndirici dozaları sentyabr ayına qədər dayandırmalarını istəmişdi.

İyun ayında 1,9 milyard dozada peyvənd alacağını proqnozlaşdıran qlobal peyvənd paylaşma təşəbbüsü COVAX çərşənbə günü bildirib ki, ilin sonuna qədər təxminən 1.4 milyard dozada peyvənd alacağını gözləyir.

Bu arada ABŞ Prezidenti Co Bayden cümə axşamı Ağ Evdə edəcəyi çıxışı zamanı ölkədə COVID-19-a yoluxma hallarının kəskin şəkildə artımına qarşı mübarizə üçün yeni strategiyasını təqdim edəcək.

Ağ Evin mətbuat katibi Cen Psaki çərşənbə günü jurnalistlərə verdiyi açıqlamasında Baydenin virusa qarşı daha çox amerikalını peyvənd etməyə təşviq etmək üçün hazırlanmış altı üsulu izah edəcəyini deyib.

Baydenin çıxışı çox yoluxucu Delta variantının xəstəxanalara yerləşdirilmə və ölüm hallarını artırdığı və onun vəzifəyə başladığı ilk aylarda aqressiv peyvənd səylərini tamamilə heçə endirdiyi vaxta təsadüf edir.

XS
SM
MD
LG