Accessibility links

Bayden administrasiyası Pfizer-in həbbini almaq üçün 5 milyard dollar ayırmağı planlaşdırır


Xəbər agentliklərinin bildirdiyinə görə, ABŞ prezidenti Co Baydenin administrasiyası Pfizer-in 10 milyon insanın müalicəsini nəzərdə tutan yeni eksperimental COVID-19 həbbi almaq üçün 5 milyard dollar xərcləməyi planlaşdırır.

Bu açıqlama ABŞ-ın dərman istehsalçısının Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi Cenevrədəki Medicines Patent Pool-la dərman istehsalçılarının 95 ölkə üçün eksperimental COVID-19 həbbini istehsal etməyə icazə verməklə bağlı müqaviləni imzaladığını elan etməsindən bir gün sonra verilib.

Müqaviləyə əsasən bu dərman preparatı dünya əhalisinin təxminən 53%-ni təşkil edən aşağı və orta gəlirli ölkələrə təqdim ediləcək.

Pfizer Paxlovid adlı yeni həbbinin yüngül və orta dərəcəli koronavirus xəstələrinin xəstəxanaya yerləşdirmə və ölüm riskini təxminən 90% azaldır. Müstəqil ekspertlər ümidverici nəticələrə görə Pfizer-ə tədqiqatını dayandırmağı tövsiyə edib.

Çərşənbə axşamı Pfizer və Medicines Patent Pool arasındakı razılaşma Pfizer-in ABŞ Ərzaq və Dərman İdarəsinə dərmanın təcili istifadəyə icazə verilməsi üçün müraciəti ilə üst-üstə düşüb.

Pfizer COVID-19 peyvəndi dozalarının 1%-dən az olduğu aşağı gəlirli ölkələrdən ödəniş almayacaq. Şirkət, həmçinin COVID-19 ictimai sağlamlıqda fövqəladə hal olaraq qaldığı halda, müqavilənin əhatə etdiyi bütün ölkələrdə satış qonorarından imtina edəcək.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG