Accessibility links

Bayden 4 iyul şərəfinə Ağ Evi ziyarətçilərə açıb 


Prezident Co Bayden andiçmə mərasimindən sonra ilk dəfə dörd iyul şərəfinə Ağ Evdə böyük tədbirə ev sahibliyi edib.

"Amerika birlikdə geri qayıdır" - deyə, Bayden bildirib. O, həmçinin əlavə edib ki, "bu gün ölümcül virusdan müstəqilliyimizi elan etməyə hər zamankından daha yaxınıq".

Bazar günü Ağ Ev yüzlərlə dəvətli qonaq üçün qapılarını açaraq hamburqer və digər yeməklər təqdim edib.

Qonaqlara arasında COVID-19 pandemiyası dövründə zəruri işləri yerinə yetirən işçilər, eləcə də hərbçi ailələri var idi.

Bazar günü qonaqlar qarşısında etdiyi çıxışı zamanı Bayden hələ də virusa qarşı vaksin vurdurmayan şəxsləri peyvənd vurdurmaq üçün təşviq edərək bildirib ki,"mənim amerikalı həmvətənlərim, bu edə biləcəyiniz ən vətənpərvər bir şeydir".

Bayden administrasiyası 4 iyula qədər yetkinlik yaşına çatmış 70 faiz amerikalının peyvənd edilməsi hədəfini qarşısına qoymuşdu. Hazırda ölkə əhalisinin 67 faizi vaksinin ən azı bir dozasını vurdurub.

2020-ci ildə polis əlehinə etirazlar və 6 yanvarda ABŞ Kapitolisinə hücumdan sonra qurulmuş təhlükəsizlik sədləri bazar günü ilk dəfə yığışdırılıb.

Hazırda ziyarətçilər Ağ Evin qarşısında Şimal Baxçasını ziyarət edə bilər.

Şərhlərə bax

XS
SM
MD
LG