ABŞ Prezidenti Co Bayden seçkiqabağı kampaniyasında verdiyi əsas vədini yerinə yetirməyə hazırlaşır. O, Demokratiyaya Dəstək Sammiti keçirməlidir. Bu, 100-dən çox ölkənin qatılacağı ilk sammit olacaq.
Sammitin məqsədii Demokratiyanı gücləndirmək, avtoritarizmdən müdafiəni, korrupsiya ilə mübarizəni və insan haqlarını təşviq etməkdir. Bayden administrasiyasının bildirdiyinə görə, liderlər bu məqsədlərə uyğun olaraq "daxili islahatlar üçün xüsusi addımlar atmağa və öhdəliklərə" təşviq ediləcək.
İnsan haqları müdafiəçiləri planlaşdırılan tədbirin dəvət edilən bəzi avtoritar meyllərdə ittiham olunan dünya liderlərini təşviq edəcəyinə şübhə ilə yanaşır.
Freedom House-un vitse-prezident Ani Boyacan bildirib ki, əgər sammit növbəti görüşdən daha böyük olsa, o zaman hər bir iştirakçı, o cümlədən ABŞ qarşıdakı illərdə Demokratiya və İnsan Haqları sahəsində ciddi öhdəlikləri yerinə yetirməli olacaq.
Administrasiya nümayəndələri vurğulayırlar ki, dekabr tədbiri demokratiyaya dair daha uzunmüddətli müzakirələrin başlanğıcıdır və ikinci sammitə dəvət almaq üçün ölkələrin vəd etdiyi islahatları həyata keçirməsi zəruri olacaq.
Dekabrın 9-10-da baş tutacaq sammit Baydenin fevralda xarici siyasətlə bağlı ilk çıxışında verdiyi bəyanatın təsdiqidir. O bəyan edib ki, ABŞ Çin və Rusiyanın başçılıq etdiyi avtoritar qüvvələrə qarşı mübarizədə qlobal liderliyə qayıdır.
“Politico”nun dərc etdiyi ilkin siyahı göstərib ki, sammitdə yetkin demokratik ölkələr, məsələn, Fransa və İsveç, Filippin və Polşa liderləri iştirak edəcək.
ABŞ-ın bəzi Asiya müttəfiqləri - Yaponiya və Cənubi Koreya da sammitə dəvət edilib. Tailand və Vyetnam isə dəvət olunmayıb.
Yaxın Şərq kifayət qədər təvazökarlıqla təmsil olunur. Dəvət edilən azsaylı ölkələr arasında İsrail və İraq da var. ABŞ-ın Misir və Türkiyə kimi mühüm müttəfiqləri dəvət almayanlar arasındadır.
Cümə axşamı jurnalistlərə verdiyi brifinqdə yüksək səviyyəli administrasiya rəsmiləri bildirib ki, insan haqlarının pozulmasında repressiv hökumətlər və digər şəxslərin istifadə etdiyi ixrac texnologiyasının məhdudulaşdırmasında birgə çalışmaq öhdəliyini üzərinə götürən ölkələrin siyahısı açıqlanacaq.
Administrasiya "fəaliyyət ili" adlanan müddətdə növbəti məsləhətləşmələr aparılacağını bildirib.
Bayden təqribən bir ildən sonra "qazanılmış tərəqqi haqqında məlumat almaq və qarşıda ortaq yol yaratmaq" üçün şəxsən zirvə toplantısına ev sahibliyi edəcək.