Accessibility links

Bayden ABŞ-da elektrik avtomobillərinin satışını artırmağı hədəfləyən fərman imzalayacaq


Prezident Co Baydenin yeni avtomobil emissiyası standartlarını tələb edən və 2030-cu ilə qədər ABŞ-da satılan yeni nəqliyyat vasitələrinin yarısının elektrikli olmasını hədəfləyən sərəncam imzalayacağı gözlənilir.

Ağ Evdən verilən açıqlamada deyilib ki, bu hədəfə batareyalı elektrik, hibrid elektrik və yanacaq hüceyrəli elektrikli avtomobillər daxil olacaq.

Aparıcı avtomobil istehsalçıları rəhbərliyin məqsədlərinə uyğun olaraq könüllü olaraq üzərlərinə öhdəliklər götürüb.

Ford, General Motors və Stellantis şirkətlərinin birgə bəyanatında bildirilir ki, onlar 2030-cu ilə qədər elektrik avtomobillərin satışının onların istehsal etdiyi avtomobil satışlarının 40-50%-ni təşkil etməsini planlaşdırır.

Toyota-nın Şimali Amerika üzrə icraçı direktoru şirkətinin "üzərinə düşəni edəcəyini" deyib.

Avtomobil istehsalçılarının dediyinə görə, belə bir dəyişiklik üçün yalnız fərqli avtomobillər istehsal etmək deyil, daha böyük işlər görmək gərəkdir.

Şirkətlər hökumətin avtomobil alıcılarının elektrikli nəqliyyat vasitələrini seçməyə təşviq etməli, elektrikli nəqliyyat vasitələrinin tədarük zəncirlərini genişləndirmək üçün vəsait ayırmalı və ölkə daxilində kifayət qədər şarj stansiyaları qurmaq üçün kifayət qədər maliyyəl ayırmalı olacağını deyir.

XS
SM
MD
LG