ABŞ-ın yoluxucu xəstəliklər üzrə yüksək səviyyəli mütəxəssisi, doktor Entoni Fauçi cümə axşamı yeni seçilmiş prezident Co Baydenin keçid komandası ilə görüşərək, ölkədə sürətlə artan koronavirus pandemiyası və milyonlarla amerikalıya tezliklə kütləvi peyvəndlərin tətbiqinə başlamasını müzakirə edəcək.
Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Fauçi aylardır hökumətin pandemiyaya qarşı reaksiyalarının qarşısında olub.
Lakin Fauçinin virusun sağlamlıq riskləri ilə bağlı qorxunc xəbərdarlıqları nəticədə Truampın qəzəbinə səbəb oldu və o, keçən ay məğlub olduğu seçki öncəsi Fauçini daha nikbin tibbi baxışları olan mütəxəssislə əvəz etmək qərarına gəldi.
ABŞ-da hər gün on minlərlə yoluxma halı qeydə alındığı üçün Bayden Fauçi kimi tibb mütəxəssislərinin tövsiyələrini dinləməyə söz verib.
Cons Hopkins Universitetinin bildirdiyinə görə, ABŞ-da koronavirusdan 273 mindən çox insan ölüb.
Doktor Fauçi hələ Baydenlə görüşmədiyini, lakin bunun bu yaxınlarda baş verəcəyinə ümid etdiyini deyib.