Accessibility links

Bayden Floridada uçan binada zərər görmüş ailələrə təskinlik verib


ABŞ prezidenti Co Bayden bu dəfə Florida ştatında çoxmərtəbəli yaşayış binasının qismən uçması nəticəsində itkin düşən 145 nəfərin ailə üzvlərinə əsas təsəlli verən insan rolunu öz üzərinə götürüb.

"Hər gün keçdikcə şansın bir az azaldığını bilirlər" – deyə, Prezident cümə axşamı axtarış işlərindən danışarkən qeyd edib. Ən azı "onlar cəsədləri aşkar etmək istəyirlər".

Sörfsaydın meri Çarlz Barket axtarış və xilasetmə işlərinin, binanın qeyri-sabit olduğuna dair narahatlıqlar səbəbilə günün əvvəlində təxirə salındıqdan sonra cümə axşamı gec başladığını bildirib.

Təsdiqlənmiş ölüm sayı, ikisi uşaq olmaqla 18 nəfərdir.

Prezident Mayami Biçdə bir oteldə 200-ə yaxın ailə üzvü ilə söhbətləşib. Daha sonra o və birinci xanım Cill Bayden masa-masa dolaşaraq, onlarla daha kiçik qruplarda söhbət ediblər. Ağ Evin məlumatına görə, Baydenlərə ştatın iki ABŞ senatoru, qubernator Ron DeSantis və digər Florida siyasətçiləri qatılıb.

Demokrat Bayden bu hadisəyə reaksiya verən hər iki partiya üzvü olan Florida siyasətçilərinin dəstəyini qeyd edib. Floridanın qubernatoru və hər iki senatoru respublikaçıdır.

“Heç bir fikir ayrılığı, mübahisə yoxdur. Hamı eyni komandadadır. Bu, Amerikadır. Burada məsələ heç kimi arxada qoymamaqla, birlik olmaqdır” deyə Bayden bildirib. “Orada Demokrat və ya Respublikaçı yoxdur. Sadəcə Amerikalılar üçün doğru bir şey etmək istəyən insanlar var” – deyə, o əlavə edib.

Təxminən 6000 sakinin yaşadığı okean sahilindəki icmada faciənin baş verdiyi yerə yaxın memorialı ziyarət etmədən əvvəl Bayden Federal Təcili Yardım İdarəsinin fəlakət nəticəsində evsiz qalanlara müvəqqəti mənzillə və digər təcili ehtiyaclarını təmin edəcəyini açıqlayıb.

XS
SM
MD
LG