Accessibility links

Co Bayden: Minimum əmək haqqı artırılmalıdır


ABŞ-ın vitse-prezidenti Co Bayden deyib ki, bir amerikalının həftədə 40 saat işləyib yoxsulluq içində yaşaması üçün heç bir səbəb yoxdur.

Co Bayden minimum əmək haqqının saatda 10 dollar 10 sent səviyyəsində artırılmasının dörd nəfərdən ibarət Amerika ailəsinin yoxsulluqdan çıxması üçün kifayət olduğunu bildirib. ABŞ-ın vitse-prezidenti xarici ölkədə səfərdə olan prezident Obamanın adından Ağ Evdən Amerika xalqına həftəlik müraciəti çatdırıb.

Co Bayden deyib ki, minimum əmək haqqının artırılması ən çox ehtiyacı olan insanlar üçün əlavə 19 milyard dollar gəlir deməkdir. O bunun kişilərdən daha az maaş alan qadınlara daha böyük köməyi olacağını əlavə edib.

Respublikaçılar partiyasının xalqa müraciəti ilə çıxış edən İndiana konqresmeni Caki Valorski prezident Obamanı veteranlarla bağlı qanun layihəsini dəsətkləməyə çağıraraq, bunun veteranlar üçün böyük köməyi olacağını bildirib.
XS
SM
MD
LG