Accessibility links

Co Bayden minlərlə Honq Konq sakininə ABŞ-da yaşamaq üçün 18 aylıq sığınacaq təklif edib


ABŞ Prezidenti Co Bayden cümə axşamı minlərlə Honq Konq sakininə Çinin nəzarətindəki əraziyə deportasiya olunaraq, repressiyalarla üzləşməkdənsə ABŞ-da yaşamaq üçün 18 aylıq "sığınacaq" təklif edib.

Bayden Pekinin Honq Konqda demokratiyaya qarşı 14 aylıq basqısını tənqid edib və Honq Konq sakinlərinin ABŞ-da qalması və işləməsinə icazə verməyin ABŞ-ın xarici siyasətinin marağında olduğunu deyib.

Sərəncamın nə qədər insanı əhatə etdiyi açıqlanmayıb. Lakin Bayden administrasiyasının yüksək vəzifəli rəsmisi ağır cinayətlər törətməkdə təqsirli bilinmiş şəxslər istisna olmaqla, ABŞ-da yaşayan 330,000 Honq Konq sakininin əksəriyyətinin ölkədə qala biləcəyini bildirib.

Bayden sərəncamında keçən il azı 100 müxalifət siyasətçisi, fəal və etirazçının müxtəlif ittihamlarla Çin rəsmiləri tərəfindən saxlanıldığını, 10 000-dən çox şəxsin isə hökumət əleyhinə etirazlarla əlaqədar başqa ittihamlarla həbs edildiyini bildirib.

"Amerika Birləşmiş Ştatları demokratik dəyərlərimizi xarici siyasət məqsədlərimizlə birləşdirən siyasətə sadiqdir. Bu da demokratiyanın müdafiəsi və bütün dünyada insan haqlarının təbliğidir" - deyə, Bayden bildirib..

Ağ Evin mətbuat katibi Cen Psaki ABŞ-ın Çinin "hüquq və azadlıqlara, Honq Konq muxtariyyətinə qarşı hücumlarını, və Honq Konqda qalan demokratik prosesləri və institutları yıxmaq üçün" öz Milli Təhlükəsizlik Qanunundan sui-istifadə etməsinə qəti şəkildə qarşı olduğunu bildirib.

"Siyasi motivli həbslər və mühakimələr, medianın susdurulması, seçkilərə və demokratik müxalifətə basqıları nəzərə alaraq, Honq Konqdakı insanlara dəstək üçün addımlar atmağa davam edəcəyik" - deyə, Psaki bildirib.

Honq Konq 1997-ci ildə Pekinin nəzarətinə keçən keçmiş Britaniya müstəmləkəsidir.

Müxaliflətə qarşı təzyiqlər davam etdiyi üçün ABŞ keçən ay Honq Konqdakı Çin rəsmilərinə qarşı əlavə sanksiyalar tətbiq edib.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG