Accessibility links

Bayden biznes liderləri ilə işçilərin peyvəndlənməsini müzakirə edir


ABŞ-da peyvənd edilməyənlər arasında yoluxmaların artması fonunda ABŞ Prezidenti Co Bayden çərşənbə günü korporasiya idarəçiləri ilə bir araya gələrək işçilərə COVID-19 peyvəndlərinin tətbiq edilməsini müzakirə edir.

Bayden ötən cümə axşamı Əmək Departamentinin ən az 100 işçisi olan şirkətlərə peyvənd tələbi tətbiq etməyi planlaşdırdığını bildirib.

O bildirib ki, şirkətlər işçilərdən tam peyvənd edilmələrərini tələb etməli və ya peyvənd olunmayan şəxslərdən ən azı həftədə bir dəfə mənfi test vermələrini tələb etməlidir.

Prezident bu tələbin 100 milyona yaxın işçini əhatə edəcəyini bildirib.

Yeni peyvənd və test tələbləri Bayden administrasiyasının koronavirusun yüksək yoluxucu versiyası olan Delta variantının yayılmasının qarşısını almaq üçün aparılan daha geniş bir səyinin bir hissəsidir.

Delta versiyasının hazırda ABŞ-da yoluxma və xəstəxanaya yerləşdirilmə, eləcə də ölüm hallarının artmasının səbəbi kimi göstərilir.

Baxmayaraq ki, peyvəndlənmələr tamamilə pulsuzdur və geniş şəkildə əlçatandır, Cons Hopkins Universitetinin Koronavirus Araşdırma Mərkəzinin məlumatına əsasən, hazırda amerikalıların cəmi 55 faizi tam olaraq peyvəndlənib.

Bayden və iş adamları Ağ Evin yanındakı Eyzenhauer İcra Ofisi binasında görüşəcək.

Dəyirimi masa ətrafında bir araya gələcək iş adamları Baydenin peyvənd və test tələblərini dəstəkləsə də, bəzi respublikaçı qanunvericilər Baydenin səlahiyyətlərini aşdığını iddia edərək onun administrasiyasını məhkəməyə verməklə hədələyirlər.

Bir Ağ Ev rəsmisi görüşün "ölkədəki daha çox müəssisənin oxşar tədbirlər həyata keçirməsi üçün bir çağırış olaraq xidmət edəcəyini"-ə ümid etdiyini bildirib.

XS
SM
MD
LG