Accessibility links

Bayden iqtisadi yardım paketinin təbliği məqsədi ilə ABŞ boyu səyahətə çıxıb


Bayden İqtisadi yardım paketinin təbliği məqsədi ilə ABŞ boyu səyahətə çıxıb
please wait

No media source currently available

0:00 0:01:48 0:00

Prezident Co Bayden və vitse-prezident Kamala Harris keçən həftə imzalanan 1.9 trilyon dollarlıq iqtisadi yadım paketini tanıtmaq üçün “Kömək buradadır” adlandırdıqları tur çərçivəsində ölkə boyu səyəhət edir.

Son onilliklər ərzində ilk dəfə olaraq yoxsulluqla mübarizə tədbiri çərçivəsində qəbul olunmuş bu paketə əsasən bir çox amerikalılar 1400 dollarlıq birdəfəlik yardım, valideyinlər isə uşaq başına 3600 dollar yardım alacaq.

Lakin respublikaçı qanunvericilərin heç biri qanunun qəbulu üçün səs verməyərək, paketi olduqca böyük və düzgün hədəflənməməsi barədə mübahisə qaldırıb.

Vayoming ştatından Respublikaçı Senator John Barrasso ABC News-a verdiyi müsahibədə bildirir ki, "Respublikaçılar peyvəndlərin insanlara tətbiq olunmasına əmin olmaq, uşaqların məktəblərə geri dönməsi və insanaların işlərinə qayıtmasını istəyir, lakin böhrandan istifadə etmək niyyətində olan Demokratları dəstəkləməyəcəyik".

Demokratlar isə öz növbəsində rəy sorğularını əsas gətirərək, amerikalıların əksəriyyətinin bu paketi dəstəklədiyini bildirir. CNN-nin apardığı son sorğuları göstərir ki, respondentlərin 61 faizi iqtisadi yarım paketinin qəbul olunmasından razıdır.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bildirir ki, "Əmin ola bilərsiniz ki, bütün ştatlar və icmalar bundan bəhrələnəcək və onlar evlərində bu məsələ barədə şikayət etməyəcək".

Digər tərəfdən isə rəsmi Vaşinqton ölkənin cənub sərhəddindəki miqrant axınını necə idarə ediləcəyi mövzusunda fikir ayrılığı yaşayır.

Mövcud vəziyyət bəzi Respublikaçıların keçmiş prezident Donald Tramp tərəfindən həyata keçirilmiş immiqrasiya tədbirlərini ləğvi Baydeni günhakar görməsinə səbəb olub.

Demokratlar isə öz növbəsində bugünkü vəziyyətə Tramp siyasətinin səbəb olduğunu iddia edir.

XS
SM
MD
LG