Accessibility links

Bayden immiqrasiya siyasəti ilə bağlı planlarını açıqlayıb


ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden sələfi prezident Donald Tramp tərəfindən tətbiq olunan məhdudlaşdırıcı immiqrasiya siyasətinin sürətlə və ciddi şəkildə dəyişdiriləcəyinə söz verib.

Baydenin yanvarın 20-də vəzifəsinin icrasına başladığı ilk gündən Trampın bir çox qərarını ləğv edəcəyinə söz verməsinə baxmayaraq, islahatların həyata keçirilməsi daha uzun vaxt tələb edə bilər.

Demokrat Bayden bir iyun yazı yazdığı tvitlərn birində ABŞ-da qanunsuz yaşayan təxminən 11 milyon insan üçün "vətəndaşlığa apan açıq bir yol xəritəsi"ni əhatə edən qanun layihəsini "ilk gündə" Konqresə göndərəcəyini bildirib.

O həmçinin "Dreamers" (Xəyalpərəstlər) adı ilə tanınan "Uşaqlıqdan Gələnlər üçün Təxirə salınmış Addım" (DACA) proqramında gənc miqrantların daimi müdafiəsini təmin edəcəyini deyib.

Baydenin vitse-prezident olduğu vaxtlarda keçmiş prezident Barak Obama tərəfindən başladılan bu proqram hazırda təqribən 645 min insanın deportasiyadan qorunmasına və bəzi imtiyazlara imkan verir.

Trampın Respublikaçı administrasiyası DACA-ya son qoymağa çalışsada, federal məhkəmə bunun qarşısını aldı. Lakim proqram hələ də Texas məhkəməsində qanuni bir problemlə üzləşir.

Yeni seçilmiş vitse-prezident Kamala Harris yanvarın 12-də Univision televiziyasına verdiyi müsahibələrdə administrasiyasının vətəndaşlıq üçün gözləmə müddətinin azaldılması və DACA proqramının iştirakçıları, habelə Müvəqqəti Müdafiə Statusu (TPS) alanlara "avtomatik olaraq yaşıl kartlar" verilməsini təklif etdiyini bildirib. Lakin o bu dəyişikliklərin nə vaxt və necə ediləcəyi barədə detalları açıqlamayıb.

Tramp deportasiyadan müdafiə və təbii fəlakətlərdən və ya silahlı qarşıdurmalardan əziyyət çəkən ölkələrdən insanlara iş icazəsi verən TPS- dən imtina etmişdi. Bayden kampaniyası dövründə artıq ABŞ-da olan venesuelalılara "dərhal" bu statutu verəcəyinə söz verib.

Qanunvericilər illərdir əhatəli immiqrasiya qanununu qəbul edə bilmirlər. Corciya ştatında keçirilmiş seçkilər nəticəsində Konqresin hər iki palatasına nəzarəti əldə etdikdən Demokratların qanun layihəsini qəbul edə bilməsi şansı arta bilər.

XS
SM
MD
LG