Accessibility links

Britaniya hökuməti Co Baydenlə işləməyi səbirsizliklə gözlədiyini bildirib


Britaniyanın baş naziri Boris Conson və müxalifət İşçi Partiyasının lideri Keyr Starmer ABŞ-ın yeni seçilmiş prezidenti inaqurasiya günü Co Baydenə xoş arzularını çatdırıb.

Millət vəkilləri ilə həftəlik sorğu-sual vaxtı parlamentdə danışan Conson ölkələr arasındakı tərəfdaşlığı gücləndirmək və paylaşılan prioritetlərin üzərində işləmək üçün Bayden və onun yeni administrasiyası ilə işləməyi səbirsizliklə gözlədiyini deyib.

Conson iqlim dəyişikliyi, pandemiyaya qarşı mübarizə və Transatlantik təhlükəsizliyin gücləndirməsinin iki ölkı arasında prioritet olduğunu bildirib.

Starmer də eyni zamanda Bayden və vitse-prezident Kamala Harrisin andiçmə mərasimini “nifrət üzərində ümid zəfəri, ABŞ və dünyada nikbinlik” adlandırıb.

Çərşənbə günü Britaniyanın Daily Mail qəzetində nəşr olunan bir məqalədə Britaniyanın keçmiş baş naziri Tereza Mey Bayden və Harrisi "dünyanı daha etibarlı bir yer halına gətirmək üçün müsbət tərəfdaşlar" adlandırdığı deyilib.

Mey eyni məqalədə baş nazir vəzifəsindəki Conson hökumətini “qlobal mənəviyyat liderliyindən” imtina etməsinə görə tənqid edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG