Accessibility links

Bayden infrastruktur və sosial xərclərlə bağlı qanun layihələrinin Konqresdə təsdiq olunması üçün çox çalışacağını deyir


ABŞ Prezidenti Co Bayden şənbə günü bildirib ki, o, infrastruktur və multi-trilyon-dollarlıq sosial xərclərlə bağlı qanun layihələrinin Konqresdə təsdiq olunmasını təmin etmək üçün çox səy göstərəcəyini və amerikalıların dəstəyini gücləndirmək üçün daha çox səyahət etməyi planlaşdırdığını bildirib.

Bayden cümə günü ölkədaxili siyasi gündəminin əsasını təşkil edən iki qanun layihəsini təhdid edən Demokratlar partiyasındakı mötədillərlə solçu proqressivlər arasındakı mübarizəyə son qoymağa çalışmaq üçün Kapitoli binasına gedib.

Prezident şənbə günü ölkə boyu səyahət edərək qanun layihələrinə dəstək toplamadığı üçün ona qarşı irəli sürülən tənqidləri qəbul edib. O qeyd edib ki, bunun bir neçə səbəbi olub və buna onun son səfərlərindən diqqəti qasırğa və fırtınaların vurduğu ziyan habelə başqa məsələlərə yönəltməsi daxildir.

Bayden deyib ki, o, ölkə boyu səfər edərək insanlara qanun layihəsi ilə bağlı aydınlıq gətirməyə və onların “nə üçün mühüm olduğunu başa salmağa” çalışacaq.

O deyib ki, onun bu qanun layihələri ilə məqsədi uşaq baxımını əlverişli hala gətirməklə həyatı sıravi amerikalılar üçün daha rahat etməkdir.

“Bu qanun layihələrində radikal, məntiqsiz heç nə yoxdur,” Bayden deyib. “Mən Amerika xalqının alacaqlarını düşündüyüm şeyi satmağa çalışacam,” o əlavə edib.

Bayden hər iki qanun layihəsinin qəbul ediləcəyinə inandığını ifadə etsə də, bunun nə zaman olacağını deməkdən imtina edib.

“Mən bunu edə biləcəyimə inanıram,” Bayden deyib.

Mötədil Demokrat qanunvericilər Senatda artıq təsdiq olunan 1 trilyon dollarlıq qanun layihəsi üzərində dərhal səs vermək istəyirlər, amma proqressivlər ilk öncə sosial xərcləri və iqlim dəyişikliyinə qarşı mübarizəni artırmağı nəzərdə tutan 3.5 trilyon dollarlıq qanun layihəsi üzərində razılığın əldə olunmasını gözləmək istəyirlər.

Qanunvericilik prosesi ilə yaxından tanış keçmiş senator olan Bayden cümə günü kokusuna bildiirb ki, onlar kiçik qanun layihəsi ilə bağlı səsverməni ləngidə və böyqk qanun layihəsini 2 trilyona azalda bilərlər.

Bu arada isə prezident şənbə günü bildirib ki, o, Respublikaçıların Senatda borc limitini artırmaq səylərinin blok etmək üçün filibaster etməyəcəklərinə ümid edir.

Maliyyə Nazirliyi təxmin edir ki, Konqresin hökumətin 28.4 trilyon dollarlıq borc limitini artırması üçün oktyabrın 18-dək vaxtı var. Əks təqdirə ölkə defolt edə bilər ki, bunun da iqtisadiyyata mümkün fəlakətli təsiləri ola bilər.

XS
SM
MD
LG