Accessibility links

Bayden iqlim dəyişikliyi ilə mübarizəyə 2 trilyon dollar xərcləyəcəyini deyir


Prezidentliyə demokrat namizəd Co Bayden növbəti beş il ərzində iqlim dəyişikliyinə qarşı 2 trilyon dollar xərcləməyi və elektrik enerjisindən gələn karbon emissiyalarını sıfıra endirməyi təklif edir.

Demokrat namizəd deyir ki, onun çərşənbə axşamı təqdim etdiyi iqlim planı həmçinin iş yaratmaq planı olacaq və diqqət ölkə infrastrukturunu enerjiyə qənaəet edən binalar və elektrik maşınlar vasitəsilə yeniləməyə yönələcək.

Baydenin planında elektriklə işləyən maşınlar istehsal etmələri üçün ABŞ-ın maşın sənayesinə stimullar daxildir. Elektriklə işləyən maşınlar ekoloji baxımdan benzinlə işləyən maşınlardan daha təmizdirlər.

Amerika Neft İnstitutu bildirir ki, Baydenin iqlim planı ABŞ-ı neft və enerji mənbələrini başqa ölkələrdə axtarmağa məcbur edə bilər. O qeyd edib ki, bu ölkələrin çoxunun ətraf mühit standartları isə ABŞ-dan daha aşağı səviyyədədir.

Baydenin planına əsasən iş yerlərin yaranması və təmiz enerji infrastrukturuna ayrılan pullar imtiyazları az olan icmalara yönələcək.

“Donald Tramp iqlim dəyişikliyi haqda düşünəndə ağlına gələn yeganə söz fırıldaqdır. Mən iqlim dəyişikliyi haqda düşünəndə, ağlıma iş yerləri gəlir,” Bayden deyib.

Bir çox liberal və mütərəqqi Demokratlar Baydenin iqlim dəyişikliyi ilə bağlı çıxışlarında təcili tədbirlərin görülməsinə çağırış etməməsi ilə bağlı məyusluğunu ifadə edib.

Ağ Ev hələ ki, Baydenin planına münasibət bildirməyib.

Baydenin kampaniyası çərşənbə axşamı deyib ki, onun iqlim dəyişikliyi ilə mübarizə planı ABŞ iqtisadiyyatını dirçəltmək paketinin bir hisəssidir.

Kampaniya rəsmiləri deyir ki, Bayden korporasiyaların vergilərini artırmağı və Trampın zəngin amerikalılara tətbiq etdiyi vergi kəsirlərini ləğv etməyi vəd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG