Accessibility links

Bayden İqlim Dəyişikliyinə qarşı mübarizə ilə bağlı sərəncam imzalayıb


ABŞ Prezidenti Co Bayden federal hökumətin karbonun miqyasını və alıcılıq qabiliyyətini neytrallaşdırmaq, on ildən az müddətdə istixana qazı emissiyalarını 65% azaltmaq və tam elektriklə işləyən avtomobil parkı yaratmaq üçün çərşənbə günü sərəncam imzalayıb.

Sərəncam hökumətin iqlim dəyişikliyi ilə mübarizə səylərinin bir hissəsi kimi federal əməliyyatlarda emissiyaları azaldacaq.

Baydenin sərəncamı hökumət binalarının 2030-cu ilə qədər elektrik enerjisinin 100% karbon qazı olmadan istehlak etməsini, 2035-ci ilə qədər ABŞ-ın istehsal etdiyi avtomobillərin 100% elektriklə işləməsini və 2050-ci ilə qədər mal və xidmətlər üçün federal müqavilələrin karbonsuz olmasını tələb edir.

Co Bayden GM zavodunda
Co Bayden GM zavodunda

"Birləşmiş Ştatlar hökuməti Amerika bizneslərinə təmiz enerjidən istifadə etməklə iqtisadiyyatında qlobal miqyasda rəqabət aparmaq və qalib gəlmək üçün nümunə göstərəcək, eyni zamanda həmkarlar ittifaqı işlərini öz evdə yaxşı maaşlı təmin edəcək" - deyə, Ağ Evin iqlim dəyişikliyini ilə bağlı bəyanatında bildirilib.

Prezident keçən ay 1 trilyon dollarlıq infrastruktur qanun layihəsinə dəstək məqsədilə ölkədaxili səfəri çərçivəsində Miçiqanın ən böyük şəhərində GM-in zavodunda elektrik avtomobilini şəxsən sınaqdan keçirib.

Qanunda elektrik avtomobillərini yükləmə stansiyalarının dövlət şəbəkəsinin qurulması üçün 7,5 milyard dollar vəsait nəzərdə tututub.

Sənaye üzrə rəsmilərin fikrincə, bu cür investisiyalar amerikalıları elektromobil almağa ruhlandıracaq, həmçinin ekoloji cəhətdən təmiz avtomobillərin istehsalını artıracaq. 2020-ci ildə elektrikli avtomobillər ABŞ-ın yeni avtomobil bazarının yalnız 1,8%-ni təşkil edib.

XS
SM
MD
LG