Accessibility links

Ağ Ev İran siyasətində ciddi dəyişiklik olmadığını vurğulayır


Ağ Ev Prezident Co Baydenin Tehranın uran zənginləşdirməsini dayandırmayana qədər ABŞ-ın sanksiyaları ləğv etməyəcəyini dediyi müsahibədən sonra İranla bağlı mövqeyinə aydınlıq gətirib.

"Aydınlıq gətirmək üçün bildiririk ki, prezident əsində bunu tam olaraq belə deməyib" - deyə, Ağ Evin mətbuat katibi Cen Psaki bazar ertəsi jurnalistlərə bildirib.

Bazar günü yayımlanan televiziya müsahibəsində CBS kanalının aparıcısı Nora Odonnell sanksiyaların aradan qaldırılması və İranın ilk növbədə Donald Trampın administrasiyası dövrü ABŞ-ın çıxdığı Birgə Hərtərəfli Fəaliyyət Planında icazə verildiyi (JCPOA) səviyyədən daha çox səviyyədə uranın zənginləşdirməsini dayandırmalı olub-olmadığı haqda suallar verərkən Bayden başını yırğalayaraq onunla razılaşıb.

Bazar ertəsi Ağ Evdə keçirilən mətbuat brifinqi zamanı Psakidən prezidentin mövqeyi barədə soruşanda o, "düşünürəm ki, biz böyük bir siyasət dəyişikliyi elan etsəydik, bunu yüngülcə baş tərpətməkdən fərqli bir şəkildə edərdik" deyib.

Ağ Evin mətbuat katibi Cen Psaki
Ağ Evin mətbuat katibi Cen Psaki

“Ümumilikdə, onun mövqeyi olduğu kimi qalır. Yəni İran Birgə Hərtərəfli Fəaliyyət Plan (JCPOA) üzrə öhdəliklərinə tam əməl edərsə, Birləşmiş Ştatlar eyni addımı atacaq və sonra bu platformadan digər narahatlıqların ünvanlanması üçün daha güclü və daha əhatəli razılaşma əldə edilməsində istifadə ediləcək” - deyə, mətbuat katibi bildirib.

Dövlət Departamentinin rəsmiləri bunu təkrarlayır və məsələni birbaşa Tehranla deyil, müttəfiqlərlə müzakirə etdiklərini vurğulayırlar.

Dövlət Departamentinin sözçüsü Ned Prays bazar ertəsi jurnalistlərə "İranlılarla müzakirəyə gəlincə, biz hələ orada deyilik" deyib. "Bir daha yaxın dostlarımız, yaxın tərəfdaşlarımız və müttəfiqlərimizin, eləcə də ABŞ Konqresi ilə fikirlərimizin üst-üstə düşdüyünə əmin olmaq istəyirik", o deyib.

Bayden Birləşmiş Ştatların nüvə müqaviləsinə yenidən qoşulmasını istədiyini deyib.

ABŞ Dövlət Departmentinin sözcüsü Ned Prays
ABŞ Dövlət Departmentinin sözcüsü Ned Prays

CBS News-a müsahibəsində ABŞ-ın İranın danışıqlara qayıtması üçün əvvəlcə sanksiyaları ləğv edib-etməyəcəyi barədə birbaşa sualın cavabında Bayden “xeyr” deyib.

Razılaşmada İranın uranı 3.67% konsentrasiya səviyyəsində zənginləşdirməsinə icazə verilirdi. Lakin 2019-cu ilin ortalarından etibarən İran zənginləşdirməni 4,5%, keçən ay isə razılaşmadan əvvəl əldə etdiyi kimi, 20% səviyyəsinə qaldırıb.

Ekspertlər Tehran istehsalını davam etdirmək istəyərsə, hazırda azı iki nüvə silahı üçün kifayət qədər az səviyyədə zənginləşdirilmiş uranın olduğunu deyirlər. Lakin İran rəsmiləri Qərb hökumətlərinin uzun müddətdir şübhəsinə baxmayaraq, ölkələrinin nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu iddia edir.

İranın ali dini lideri Ayətulla Əli Xameneyi dövlət televiziyası ilə çıxışı zamanı deyib ki, Birləşmş Ştatlar “İranın öhdəliklərinə qayıtmasını istəyirsə, ABŞ praktiki olaraq bütün sanksiyaları ləğv etməlidir. O zaman biz yoxlama aparacaq və sanksiyaların düzgün qaldırılıb-qaldırılmadığını müəyyən edəcək və bundan sonra biz öhdəliklərimizə qayıdarıq.”

Bu, Xameneyinin Baydenin yanvarın 20-də inaqurasiyasından sonra televiziyada yayımlanan ilk çıxışı olub.

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG