Accessibility links

Bayden iyulun 4-dək yetkinlik yaşına çatan insanların 70 faizinə vaksin vurmağı hədəfləyir


Bayden iyulun 4-dək yetkinlik yaşına çatan insanların 70 faizinə vaksin vurmağı hədəfləyir
please wait

No media source currently available

0:00 0:02:36 0:00

Prezident Co Bayden iyulun 4-də keçirilən Müstəqillik Gününə qədər yetkinlik yaşına çatan insanların 70 faizinə vaksin tətbiq etmək üçün ölkə boyu bir ay davam edən kampaniya başladır.

ABŞ-da 170 milyon insana vaksin vurulub və ölkədə həyat artıq normallaşmağa başlayıb. Lakin Birləşmiş Ştatlar əlavə tədbirlər görərək Müstəqillik Gününədək yetkinlərin 70 faizinə vaksin vurmaq üçün bir aylıq kampaniya başladır.

“Əgər bu həftə peyvənd olsanız, iyulun 4-dək tam şəkildə vaksinlənmiş olacaqsınız və Müstəqillik Gününü qorxu və narahatlıq olmadan qeyd edə biləcəksiniz,” Prezident Co Bayden bildirib.

Prezident Co Bayden çərşənbə günü yeni təşəbbüslər elan edib. Onlara peyvənd olunan valideynlərin uşaqları üçün pulsuz dayə, vaksinasiya mərkəzlərinə pulsuz çatdırılma, bərbərxanlar və gözəllik salonlarında peyvənd mərkəzləri təşkil etmək və şirkətləri insanlara vaksin olmaq üçün imtiyazlar verməyə təşviq etmək daxildir.

“21 yaşdan yuxarı hər kəs üçün virusdan azadlığı qeyd etmək üçün pulsuz pivə veriləcək,” Prezident Co Bayden bildirib.

Duke Qlobal Səhiyyə İnnovasiyası Mərkəzinin apardığı araşdırmanın nəticələri göstərir ki, amerikalılar pulsuz peyvənd üçün pulsuz imtiyazlar əldə etdikləri bir vaxt, ABŞ-da iyulun 1-dək yüz milyonlarla əlavə vaksin qalacaq.

“Biz bu ölkəyə 600 milyon doza ayırmışıq. 366 milyon doza paylanıb. Biz növbəti bir neçə ayda əlavə dozaların olub-olmayacağına baxacağıq. Qlobal ölkələrə vəd olunan 80 milyon AstraZeneca vaksininin tez bir zamanda ədalətli şəkildə paylanmasını təmin etməliyik,” İkitərəfli Siyasət Mərkəzindən Dr. Anand Parex bildirib.

Administrasiya əlavə dozaları nə zaman və necə bölüşəcəyini açıqlamaq üçün artan təzyiqlə üzləşir.

“Biz bərabərliyə, vaksinlərin ədalətli şəkildə paylanmasına diqqət yetirəcəyik. Biz elmə diqqət yetirəcəyik. Biz COVAX ilə koordinasiyalı bir şəkildə işləyəcəyik”, ABŞ-ın Dövlət katibi Antoni Blinken bildirib.

COVAX Birləşmiş Millətlər Təşkilatının aşağı və orta gəlirli ölkələri vaksinlərə çıxışla təmin etmək mexanizmidir.

Çərşənbə günü Yaponiya və QAVİ-nin (Qlobal Vaksin və İmmunizasiya İttifaqı) ev sahibliyi etdiyi virtual sammitdə COVAX üçün əlavə 2.4 milyard dollar pul toplanıb və bununla da ümumi toplanan pulun həcmi 9.6 milyard dollara çatıb. ABŞ sammitdə iştirak etməsə də, əlavə yardım elan edib.

“Birləşmiş Ştatlar QAVİ-yə COVAX üçün 2 milyard dollar pul ianə verib və biz 2022-ci ilədək əlavə 2 milyard dollar verməyi vəd etmişik,” Vitse-prezident Kamala Harris bildirib.

Administrasiya ayrı-ayrı ölkələrə də əlavə doza göndərməyi nəzərdən keçirir. Cənubi Koreya, Banqladeş və Vyetnam daxil olmaqla bir çoxları ABŞ-dan vaksin istəyib. Ağ Ev isə hələ ki, onlara cavabını elan etməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG