Accessibility links

Bayden Kamala Harrisi vitse-prezidentliyə namizəd göstərdi


Co Bayden Kaliforniya senatoru Kamala Harrisi vitse-prezidentliyə namizəd göstərərək, prezident seçkilərində əsas partiyadan seçkidə ilk qaradərili qadını seçməklə tarixi addım atmış oldu. Harrisin seçimi eyni zamanda Baydenin prezident Donald Trampı məğlub etməsi üçün qaradərili seçicilərin oynadığı rolu göstərir.

Demokrat partiyasından namizədliyini irəli sürmüş Kamala Harris ilkin seçkilərdə Baydenin rəqibi olub. 55 yaşlı Harris Kaliforniya ştatından birinci müddətə senator seçilib və partiyasının nüfuzlu fiqurlarından biridir.

Harris 2020-ci il prezident seçkilərində Baydenin kampaniyasına ölkədə görünməmiş böhranlı bir dövr qoşulur. Koronavirus pandemiyası nəticəsində ABŞ-da 150,000-dən çox insan həyatını itirib. Bizneslərin bağlanması və iqtisadi fəaliyyətlərin məhdudlaşdırılması iqtisadi tənəzzülə yol açıb. Ölkə boyu keçirilən nümayişlərdə isə amerikalılar iriqçilik və polis zorakılığına qarşı etiraz bildiriblər.

Bu il seçkilərdə vitse-prezidentliyə namizədin seçimi olduqca böyük əhəmiyyət daşıyır. Əgər seçilsə, yanvar ayında inaqurasiya olacağı zaman 78 yaşlı Bayden Amerikada prezident postuna gələn ən yaşlı adam olacaq. O özü haqda keçid dövrü fiquru kimi danışır və 2024-cü ildə ikinci müddətə seçilmək planları barədə bir söz demir. Əgər o bunu etməsə, onun vitse-prezidentliyə namizədi nominasiya almaq üçün növbəti seçkilərdə önə çıxa bilər.

Birləşmiş Ştatlarda qadın heç vaxt nə prezident, nə də vitse-prezident vəzifəsində olmayıb. Bundan öncə iki qadın əsas partiyadan vitse-prezidentliyə namizəd göstərilərək, seçkilərə qatılıb. Bunlar 1984-cü ildə Demokrat Ceraldin Ferraro və 2008-ci ildə Respubikaçı Sara Peylin olublar. Lakin onların partiyaları ümumi seçkilərdə məğlub olub.

Kamala Harris Yamayka və Hindistandan gələn mühacirlərin ailəsində anadan olub. O, 2003-cü ildə San Fransisko dairəsinin prokurori vəzifəsinə seçilib. 2010-cu ildə Kaliforniya ştatının baş prokuroru seçilən Harris bu vəzifədə ilk qaradərili və ilk qadın olub.

XS
SM
MD
LG