Accessibility links

Baydenin kampaniyası mütəmadi olaraq koronavirus testlərindən keçəcək


Prezidentliyə Demokrat namizəd Co Bayden və onun köməkçisi Kamala Harris mütəmadi olaraq COVID-19 testindən keçməlidir. Bu barədə bazar ertəsi məlumat verilib. Həmçinin qeyd olunub ki, buna səbəb noyabr seçkisindən öncə daha çox ictimai tədbirin keçirilməsinin mümkünlüyüdür.

Koronavirus mart ayında ABŞ-da geniş yayılmağa başlayandan bəri Bayden bir çox ictimai tədbirlər keçirmişdi. Onların əksəriyyəti Delaverdəki evinə yaxın yerlərdə idi.

Ancaq ötən həftə Demokratların Milli Qurultayında rəsmi namizədliyini irəli sürdükdən sonra kampaniya keçmiş vitse-prezidentin xalqa daha yaxın ola biləcəyi yarışın yeni mərhələsində sağlamlıq protokollarını genişləndirir.

"Vitse-prezident Baydenin nümayiş etdirdiyi şəffaflıqla, sabiq vitse-prezident və ya senator Harrisin COVID-19-un təsdiqlənmiş virusun olub-olmadığını ictimaiyyətə açıqlayacağıq" - deyə, kampaniyanın köməkçisi açıqlayıb.

Köməkçi bildirib ki, 77 yaşlı Bayden, 55 yaşlı Harris və onlarla təmaqda olan əsas işçiləri tibbi məsləhətçilərin tövsiyələrinə uyğun olaraq "müntəzəm olaraq" test ediləcək.

"Məsuliyyətli rəhbərliyin yanaşması belə olur " - deyə, həmin şəxs qeyd edib.

Jurnalistlər Baydendən tez-tez koronavirusun səbəb olduğu COVID-19-a görə testdən keçib-keçmədiyini soruşurdular. O isə yox cavabı verirdi.

O, prezident Donald Trampın 176 mindən çox amerikalının ölümünə səbəb olan virusla mübarizəni mənfi qiymətləndirib və bunu fəlakət adlandırıb.

XS
SM
MD
LG