Accessibility links

Bayden keçmiş rəqibi Buticeci Nəqliyyat Departamentinin başçısı seçdi


Co Bayden və Pit Buticec
Co Bayden və Pit Buticec

Çərşənbə axşamı verilən xəbərlərə əsasən, ABŞ prezidentliyinə seçilmiş Co Bayden Demokratlar partiyasından prezidentliyə keçmiş namizəd Pit Buticeci yeni administrasiyasında Nəqliyyat Departamentinin başçısı təyin edib.

İndiana ştatının Sout Bend şəhərinin sabiq meri olan Buticec ötən il prezidentlik uğrunda yarışda Demokratlar partiyasından gözlənilməyən bir namizəd idi. O, Ağ Ev uğrunda yarışda konvensiyada deleqasiya qazanan ilk gey namizəd idi.

Lakin Buticec Demokratlar Partiyasının praymerizlərindən öncə mart ayının əvvəlində seçki kampaniyasını dayandırdı və namizədliyini geri çəkdi. Daha sonra isə o, Bayeni dəstəklədi.

Bayden 38 yaşı Buticeci mərhum oğlu Boya bənzədib.

“Mənim üçün bu hər hansı bir kiçi və ya qadına edə biləcəyim ən böyük komplimentdir,” Bayden deyib.

Buticec 2018-ci ildən bəri Çeysten ilə evlidir.

Buticec Nəqliyyat katibi olaraq ölkənin avtoban sistemləri, təyyarələr, qatarlar və kütləvi nəqliyyat sistemlərinə nəzarət edəcək.

Bayden koronavirus pandemiyasının viran qoyduğu iqtisadiyyatı inkişaf etdirmək səylərinin bir hissəsi olaraq böyük infranstruktur dəyişikliklərinə milyardlarla dollar pul xərcləməyi vəd edib.

XS
SM
MD
LG