Accessibility links

Bayden iqlim dəyişikliyi ilə mübarizəni hədəf alıb


ABŞ Prezidenti Co Bayden çərşənbə günü iqlim dəyişikliyi ilə mübarizə üçün bir sıra sərəncamlar imzalamağa hazırlaşır.

Ağ Evin mətbuat katibi Cen Psaki çərşənbə axşamı jurnalistlərə verdiyi açıqlamasında deyib ki, Bayden vəzifədə olduğu müddətdə iqlim dəyişikliyinin həll edilməli olan ən böyük narahatlıqlardan biri olduğuna inanır.

Bayden keçmiş dövlət katibi Con Kerrini iqlim məsələləri üzrə elçisi vəzifəsinə təyin edib.

Kerri Demokrat Partiyasında tanınmış simalardandır. O, Obama administrasiyasında keçmiş dövlət katibi, 25 ildən çox Massaçusettsdən keçmiş senator, 2004-cü ildə Demokrat Partiyasından prezidentliyə namizəd olub. İqlim üzrə xüsusi nümayəndə Nazirlər Kabineti vəzifəsi deyil, lakin Kerri Milli Təhlükəsizlik Şurasında oturacaq, ilk dəfə şuraya iqlim dəyişikliyinə dair bir səlahiyyətli daxil edəcək. Kerri seçimi elan edildikdən sonra Twitter-də “Amerika tezliklə iqlim böhranını milli təhlükəsizlik təhdidi kimi qəbul edən bir hökumətə sahib olacaq” - deyə, yazıb.

Baydenin atacağı addımlar arasında ABŞ torpaqlarında və sularında yeni neft və qaz icarəsinə moratorium qoyulması və istixana qazlarının tullantılarının azaldılmasına dair tənzimləmə tədbirləri də yer alır. Buraya ehtiyat üçün daha çox sahə ayrılması və Ağ Evdə hava və su çirkliyindən əziyyət çəkən azgəlirli icmalara xidmət ofisinin açılması da daxildir.

Baydenin elmi qaydalara əsaslanaraq, federal agentliklərin federal qanunlardan istifadə edəcəkləri və aprel ayında ABŞ-ın iqlim sammitinə ev sahibliyi edəcəyini elan etməsi gözlənilir.


XS
SM
MD
LG