Accessibility links

ABŞ-ın vitse-prezidenti Cənubi Karolina ştatının Çarlston şəhər kilsəsini ziyarət edib


ABŞ-ın vitse-prezidenti bu gün gözlənilmədən Cənubi Karolina ştatının Çarlston şəhər kilsəsini ziyarət edib.

Afrika Metodist Kilsəsinin rəmzi olan bənövşəyi rəngli qalstuk taxan Co Bayden səfərinin kilsə və ailələrlə həmrəylik nümayiş etdirmək olduğunu bildirib. O, kilsədə təşkil edilən dua mərasimində iştirak edib.

Bu kilsədə keşiş də daxil edilməklə 9 nəfər qətliamın qurbanı olub.

Dünən Çarlstonda atışmanın qurbanı olan 3 nəfərin dəfn mərasimləri keçirilib. Mərasimlərə Cənubi Karolinanın qubernatoru Nikki Hali, senator Tim Skott və Çarlstonun meri Cozef Pili qatılıb.

Caria yın əvvəlində 20 yaşlı ağdərili oğlan dua mərasimi zamanı Emanuel Afrika Metodist Episkopal kilsəsinə girərək atəş açmağa başlayıb.

Hücuma məruz qalanların səkkizi kilsədəcə keçinib. Bir nəfər isə xəstəxanaya çatdırıldıqdan sonra dünyasını dəyişib.

Cənubi Koralinadan senator və keşiş Klementa Pinkney ölənlər arasında olub.

Hadisə zamanı yaralananlar da var.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG